Həmkarları İlham Əliyevi təbrik etdi

Həmkarları İlham Əliyevi təbrik etdi
  16 May 2016    Oxunub:2073
Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişer Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "Zati-aliləri, Azərbaycan Respublikasının milli bayramı - Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan xüsusi məmnunluq duyuram.

Bu xoş fürsətdən istifadə edərək, Sizə uğurlar, əmin-amanlıq diləyir, Azərbaycan xalqına isə xoşbəxt gələcək arzulayıram".

Bundan başqa Koreya Respublikasının Prezidenti Pak Kın Hed, Niderlandın Kralı Villem-Aleksandr, Filippin Respublikasının Prezidenti III Beniqno Akino, İrlandiyanın Prezidenti Maykl Higgins də Azərbaycan Respublikasının milli bayramı - Respublika Günü münasibətilə president İlham Əliyevə təbrik məktubu ünvanlayıblar.

AzVision.az


Teqlər:  





Xəbər lenti