“Konsertimin pulunu İmran üçün göndərdim” - FOTO

“Konsertimin pulunu İmran üçün göndərdim” - FOTO
  24 İyul 2013    Oxunub:1349
Məşhur iş adamı, müğənni Emin Ağalarov İnstagram səhifəsində Nabrandakı faciədə ayağını itirən 2 yaşlı İmran haqqında yazıb.
AzVision.az xəbər verir ki, Emin instagramda İmranla bağlı fikirlərini bölüşüb:

“Dostlar, ilk növbədə İmrana sağlamlıq, valideynlərinə və yaxınlarına səbr arzulayıram. Vurğulamaq istərdim ki, mən bu faciəyə reaksiya verən yeganə insan deyiləm. Bu hadisə barədə bu gün səhər İnstagramda xəbər tutdum. İmranın xalası ilə əlaqə saxladım və lazım olan vəsaitin yarısının artıq həmvətənlərimiz tərəfindən toplandığını öyrəndim.
İyulun 11-də Bakıda verilən xeyriyyə konsertimdən toplanan vəsait bu gün təcili şəkildə onlara çatdırılıb. Və mənə məlum oldu ki, dövlət digər təşkilatı məsələlərin həllini öz üzərinə götürüb.
Bir daha vurğulamaq istəyirəm ki, bu bizim ümumi köməyimizdir və biz hamımız ümid edirik ki, toplanan vəsait İmrana həqiqətən kömək edəcək”.




Teqlər:  





Xəbər lenti