Məzahir Pənahov:`Gəncə bizim qürur mənbəyimizdir`

Məzahir Pənahov:`Gəncə bizim qürur mənbəyimizdir`
  24 İyul 2013    Oxunub:1123
Bu gün Gəncədə 34 saylı Nizami Dairə Seçki Komissiyanın (DSK) binasının açılışı olub.
AzVision.az xəbər verir ki, binanın açılış mərasimində Gəncə Şəhər İcra başçısı Elmar Vəliyev, Mərkəzi Seçki Komissiyanın sədri Məzahir Pənahov iştirak edib.

Açılış mərasimində M.Pənahova bildiriblər ki, SKD-nın 33464 seçicisi var və 24 məntəqə burada yerləşir. Bu günə qədər bu DSK 3 dəfə müxtəlif binalarda yerləşdirilib. İndi isə Elmar Vəliyevin təşəbbüsü ilə komissiya üçün ayrıca bina ayrılıb. DSK-nın yerləşdiri bina isə tarixi binadır. Bina yenidən restovrasiya olunub və DSK-nın fəaliyyət göstərməsi üçün hər cür şərait yaradılıb.

Binada böyük konfrans zalı, monitorin mərkəzi, xarici müşahidəçilər üçün iş otaqları, Arxiv, Kitabxana və bütün işçilər üçün lazımı şərait yaradılıb.



Açılış mərasimində MSK-nın sədri Məzahir Pənahov çıxış edib. Gəncədə DSK üçün yaradılmış bu şərait bizi sevindirir. Tezliklə Gəncədə yerləşən digə DSK-lar üçün də eyni şərait yaradılacağına əminəm. Şəhər rəhbərliyinə təşəkkür edirəm”.


M.Pənahov hər dəfə Gəncəyə gələndə qürur duyduğunu qeyd edib: “Mən Gəncəyə gələndə çox böyük məsuliyyət hiss edirəm. Çünki, Azərbaycan müstəqiliyini bu şəhərdə qazanıb. Gəncə bizim qürur mənbəyimizdir”-deyə, MSK sədri əlavə edib.



AzVision.az


Teqlər:  





Xəbər lenti