Prezident İmranın müalicəsini şəxsən nəzarətə götürdü

Prezident İmranın müalicəsini şəxsən nəzarətə götürdü
  24 İyul 2013    Oxunub:961
Prezident İlham Əliyev 2 yaşlı İmran Cəfərzadənin müalicəsi üçün xərcləri öz üzərinə götürüb.

Bu barədə AzVision.az-a İ.Cəfərzadənin yaxınları məlumat verib. Bildirilib ki, artıq Prezident Administrasiyasının nümayəndələri və səhiyyə nazirinin müavini Abbas Vəlibəyov xəstəyə gəliblər. Onlar İmranın valideynləri ilə görüşüblər.

“Bizə dedilər ki, bu məsələ şəxsən prezident İlham Əliyevin nəzarətindədir. Prezident İmranın müalicəsinin dövlət hesabına təmin edilməsi ilə bağlı göstəriş verib”.

Qeyd edək ki, İ.Cəfərzadə atası ilə birlikdə istirahət etdikləri mərkəzin ərazisindəki hovuzun içərisində suda olarkən hovuzun yaxınlığında quraşdırılmış “Akvapark” adlanan qurğu işlək vəziyyətə gətirilib. Bu zaman su borusunun hovuzun içərisindəki hissəsində təhlükəsizliyi təmin edəcək qoruyucu barmaqlıq olmadığından yaxınlıqda olan azyaşlı İ.Cəfərzadənin hər iki ayağı həmin borunun içərisinə daxil olaraq ağır bədən xəsarətləri alıb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.1 (əmək mühafizəsi qaydalarını pozma) və 314.2-ci (səhlənkarlıq) maddələri ilə cinayət işi başlanıb. Cinayət işinin istintaqı Baş Prokurorluğun rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülüb. Hazırda iş üzrə istintaq davam etdirilir.

S.İLTİFATQIZI


Teqlər:  





Xəbər lenti