“İlqar Məmmədov seçkilərdə iştirak edə bilməz” - MSK

  13 May 2016    Oxunub : 1745
“İlqar Məmmədov seçkilərdə iştirak edə bilməz” - MSK
Mərkəzi Seçki Komissiyasında (MSK) Real Hərəkatının sədri İlqar Məmmədovun müraciətinə baxılıb.
AzVision.az xəbər verir ki, müraciəti İ.Məmmədovun səlahiyyətli nümayəndəsi Natiq Cəfərli edib.

90 saylı Ağdaş seçki dairəsi üzrə təkrar seçkilərdə iştirak etmək istəyən İ.Məmmədovun səlahiyyətli nümayəndəsi N.Cəfərlinin təqdim etdiyi müraciətdə bildirilib ki, namizədliyinin irəli sürülməsinin ləğv edilməsi qərarı ona təqdim edilməyib.

MSK-nın Ekspret Qrupunun üzvü Ramiz İbrahimov isə bildirib ki, İ.Məmmədovun səlahiyyətli nümayəndəsi imza vərəqələrini 8 may 2016-cı il tarixdə Dairə Seçki Komissiyasına ağ formada təqdim edib:

“Bununla bağlı Dairə seçki komissiyası səlahiyyətli nümayəndəyə arayış verib. Eyni zamanda, proses aktlaşdırılıb. Ona görə də şikayət əsassız hesab olunur”.

MSK rəsmisi bildirib ki, İlqar Məmmədov barəsində həbs qərarı var, ona görə də, seçkilərdə iştirak edə bilməz.

Elvin Abdulqədirov
AzVision.az

Teqlər: