`Qənimət Zahid Eldar Həsənovun agenti idi`

`Qənimət Zahid Eldar Həsənovun agenti idi`
  11 May 2016    Oxunub:4404
“Xalq Cəbhəsi Partiyasında Əbülfəz Elçibəy başda olmaqla hamı yaxşı bilirdi ki, Qənimət Zahid o vaxt baş prokuror vəzifəsində işləyən Eldar Həsənovun agenti işləyirdi. Eldar Həsənovun agentinin nə yazmasını çox da ciddiyə almayın”.

Bu sözləri BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı deyib. O, bildirib ki, “Azadlıq” qəzetində BAXCP-nin rusiyameyilli kimi qələmə verməsi “axmaqlıqdır”:
- BAXCP lideri Milli Şura üzvlərindən fərqli olaraq, Putinə şanlı məktub yazmayıb və onu "ən böyük demokrat" adlandırmayıb. Bütün bunları edən və Rusiyanın layihəsində baş rolda oynayan adamlar indi BAXCP liderinə qarşı qarayaxma kampaniyası aparırlar. Milli Şuranın və Əli Kərimlinin fəxri lideri Rüstəm İbrahimbəyov hazırda Rusiyaya sığınıb və onların tapşırıqlarını icra edir.

Orduxanlı bildirib ki, bu yaxınlarda mətbuatda Əli Kərimli belə bir xəbər yaydırıb ki, guya 1993-cü ildə milli lider Heydər Əliyev hakimiyyətə qayıdandan sonra 4 dəfə ona zəng edib və ondan dövlət katibi vəzifəsində qalmağı, bir yerdə işləməyi xahiş edib: “Nə qədər gülməli bir acıqlamadır. AXCP də hamı çox yaxşı bilirdı ki, Heydər Əliyev hakimiyyətə qayıdandan sonra Əli Kərimlinin xahişi ilə onu qəbul edib. Əli Kərimli Heydər Əliyevdən təkidlə xahiş edib ki, onu Avropa ölkələrinin birinə səfir təyin etsin. Ancaq mərhum Heydər Əliyev Əli Kərimlinin bu təklifini rədd edib. Bundan sonra Əli Kərimli də dövlət katibi vəzifəsindən uzaqlaşıb. Bütün bunların canlı şahidləri var”.


Teqlər:





Xəbər lenti