Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb
  11 May 2016    Oxunub:1592
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,24 dollar azalaraq 44,42 dollar təşkil edib.
AzVision.az xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,21 dollar azalaraq 45,31 dollar olub.

Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 1,55 dollar yaxud 3,47% bahalaşıb.

Hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 46,24 dollara bərabərdir.

AzVision.az


Teqlər:  





Xəbər lenti