Azərbaycanda dünən nələr oldu? - Günün mühüm xəbərləri

Azərbaycanda dünən nələr oldu? - Günün mühüm xəbərləri
  11 May 2016    Oxunub:3076
Ötən gün Azərbaycanda və dünyada bir çox hadisələr baş verib. Hansı xəbərlər oxucular arasında geniş müzakirələrə səbəb oldu? Mayın 10-da nələr baş verdi?

AzVision.az ötən günün ən maraqlı xəbərlərinin xronikasını oxuculara təqdim edir:

Prezident Heydər Əliyevin məzarını ziyarət etdi - Fotolar

Müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ailə üzvləri, Ulu Öndərin doğmaları, yaxınları Fəxri Xiyabanda onun məzarını ziyarət ediblər.

***

Ordumuz erməni generalın əmisi oğlunu yaraladı

Ermənistan parlamentinin deputatı, general Seyran Saroyanın əmisi oğlu Artur Saroyan cəbhə xəttindəki atışma zamanı ağır yaralanıb.

***

`Qəbul imtahanlarında dəyişiklik olmayacaq`- Məleykə Abbaszadə

Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu il keçiriləcək qəbul imtahanlarında dəyişikliklərin ediləcəyi ilə bağlı sualı cavablandırıb.



İlham Əliyev və birinci xanım ağac əkdi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Zığ-Heydər Əliyev Beynəlxalq Aeroportu magistral avtomobil yolunun 29-30-cu kilometrliyində salınan yaşıllıq sahəsində ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş ağacəkmə kampaniyasında iştirak ediblər.

***

İpoteka kreditləri ilə bağlı son qərar veriləcək

İpoteka sisteminin hüquqi normativ bazasının dəyişdirilməsi ilə bağlı məsələ hazırda makroiqtisadi qrupda müzakirə edilir.

***

`Supermarketlər ƏDV-dən azad olunmayacaq` - Nazir

“Supermarketlərin ƏDV-dən azad olunmasından söhbət gedə bilməz”. Bunu vergilər naziri Fazil Məmmədov supermarket rəhbərlərinin vergi güzəştləri ilə bağlı təkliflərinə münasibət bildirərkən deyib.

***

Dollar kreditlərinə güzəşt ediləcəkmi? - Açıqlama

“Son bir il ərzində kreditlərin verilməsi şərtlərində əhəmiyyətli dərəcədə dəyişikliklər baş verib”. Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.
***

Komitə sədri bəzi sahibkarlardan narazıdır

“Azərbaycanda elə sahibkarlar var ki, yoxlamaların dayandırılmasından sui-istifadə edərək keyfiyyətsiz məhsul istehsal edirlər”. Bunu jurnalistlərə açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov deyib.

***

`Azərbaycanın yaxşı pul krediti siyasəti var` - Baş bankir

Azərbaycan Mərkəzi Bankı tərəfindən bank sektoruna verilən kreditlərin ümumi həcmi təxminən 1 milyard manat təşkil edir. Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

***

`Hələlik Brüsseldə görüş planı yoxdur` - Uorlik

“Hələlik həmsədrlərin Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla Brüsseldə görüşməsinə dair bir plan yoxdur”. Bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.

***

`Ermənistan danışıqlar prosesini pozmaq istəyir`

“Ermənistan bütün vasitələrlə danışıqlar prosesini pozmaq niyyətindədir”. Bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.



`Diş çəkən` dünya çempionu: `Brüs Li mənə stimul verdi` (MÜSAHİBƏ)

Budəfəki müsahibimiz bir ay öncə Budapeştdə qaydasız döyüş idman növü üzrə Dünya Çempionu olan azərbaycanlı Əli Nəcəfidir. Müsahibimiz professional idmançı olsa da, ixtisasca diş həkimidir. Bəzən dostları onu “diş çəkən” çempion kimi təqdim edirlər.

***

`Allahu Əkbər` deyib 5 nəfəri bıçaqladı - Ölən var

Almaniyanın Münhen şəhərində naməlum kişi dəmiryol stansiyasında sərnişinlərə bıçaqla hücum edib.

***

Putin generalları Soçidə topladı

Rusiya prezidenti Vladimir Putin Soçidə ölkənin Müdafiə Nazirliyi və müdafiə sənaye kompleksinin nümayəndələri ilə görüşlər keçirəcək.

***

`Hec bir ölkə Dağlıq Qarabağı tanımır` - Uorlik

Dağlıq Qarabağın yekun statusu münaqişənin hərtərəfli nizamlanması kontekstində müəyyən olunacaq ki, buna həm də işğal olunmuş torpaqların Azərbaycanın nəzarətinə qaytarılması daxildir.

***

Erməni kişilər kütləvi şəkildə intihar edir

Bu ilin ilk dörd ayı ərzində Ermənistanda 39 intihar hadisəsi qeydə alınıb.

***

Putin Bakıya gələcəkmi? - Səfirlikdən özəl açıqlama

Rusiyanın Azərbaycandakı səfirliyi bu ölkənin rəhbəri Vladimir Putinin Bakıya səfər edəcəyi ilə bağlı yerli KİV-lərdə yayılan məlumatlara münasibət bildirib.



Xalq Heydər Əliyevi yad edir - FOTOLAR

Azərbaycanın ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümüdür.

***

Azərbaycanda satılan “Lamborghini”lərin sayı - Qiyməti 250 min avrodur

Azərbaycanda “Lamborghini” avtomobillərin rəsmi dileri “AvtoLux Azerbaijan” şirkəti satılan avtomobillərin sayını açıqlayıb.

***

Daşnaklar da Azərbaycanı atom silahı ilə hədələyir

Qarant Baqratyan nə danışdığını yaxşı bilir, o ağıllı insandır və baş nazir olub. Onun belə bəyanatlar verməsi üçün əsas var. Biz atom energetikasını inkişaf etdirən ölkəyik. Bundan artıq heç nə deməyəcəyəm, bu, hərbi sirdir. Bunu Ermənistan İnqilab Federasiyası - “Daşnaksütyun”un parlament fraksiyasının rəhbəri Armen Rustamyan bildirib.

***

ABŞ Bakı və İrəvana səsləndi: Danışıqlara başlayın

ABŞ Azərbaycan və Ermənistanı danışıqlar masasında oturmağa çağırıb.

***

Aİ Ermənistanda nüvə bombasının olmasını araşdıracaq

Avropa İttifaqı Ermənistanın yüksək rütbəli məmurlarının bu ölkənin nüvə silahına malik olması barədə bəyanatlarını araşdıracaq.



Zakir Həsənov erməni postlarına baxdı - FOTOLAR

Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub.

***

Dünyada ən çox polisi olan ölkələr - Statistika

Dünya ölkələri stabilliyin əsası kimi daxili təhlükəsizlik qüvvələrinin, xüsusən polislərin sayının çox olmasına diqqət yetirirlər.

***

Müdafiə naziri cəbhədə döyüş hazırlığını yoxladı - FOTOLAR

2016-cı ilin döyüş hazırlığı planına uyğun olaraq Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə cəbhəboyu zonada yerləşən hissə və bölmələrin zirehli texnikalarından ibarət qrupların döyüş hazırlığı təlimi keçirilib.

***

Türkiyədə daha bir terror: 3 ölü, 45 yaralı

Türkiyədə yenidən terror aktı baş verib.

***

Ermənilər kimyəvi silahdan istifadə edir - FOTOLAR

Tərtər rayonunun cəbhəyanı Əskipara kəndi ərazisində istifadəsi qadağan olunmuş kimyəvi tərkibli (ağ fosforlu) hərbi sursat aşkarlanıb.

Hazırladı: Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti