YAP-ın namizədi imza vərəqlərini DSK-ya təqdim etdi

YAP-ın namizədi imza vərəqlərini DSK-ya təqdim etdi
  10 May 2016    Oxunub:1708
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdəki namizədi Cavid Osmanov namizədliyinin qeydə alınması üçün lazım olan 450 imzanı toplayaraq DSK-ya təqdim edib.
Bu barədə AzVision.az-a 90 saylı Ağdaş Dairə Seçki Komissiyasının sədri Nurəddin Nəsibov məlumat verib.

DSK sədri qeyd edib ki, hələlik YAP-ın namizədindən başqa heç bir namizəd qeydə alınması üçün lazım olan imzanı toplamayıb.

Xatırladaq ki, 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə iştirak etmək üçün 7 nəfər namizədliyini irəli sürüb.

Cavid Osmanov Həmid oğlu - Yeni Azərbaycan Partiyasının Ağdaş rayon təşkilatının sədri

Ağazadə İqbal Fehruz oğlu - Ümid Partiyasının sədri

Məmmədov İlqar Eldar oğlu – REAL Hərəkatının sədri

Haqverdiyev Əli Bəkir oğlu – Ağdaş rayon Mərkəzi Xəstəxanasının həkimi

Hüseynova Səidə Bahadur qızı – Media və Təhsil İnnovasiya Mərkəzi İctimai Birliyinin sədri

Əliyev Bəybala Əşrəf oğlu – İşsiz, bitərəf

Əhmədova Əlamət Məmmədemil qızı – İşsiz

Qeyd edək ki, Prezident İlham Əliyev 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Seçkilər 2016-cı il iyunun 18-nə təyin edilib.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:





Xəbər lenti