I qrupda keçid balı aşağı salındı

I qrupda keçid balı aşağı salındı
  24 İyul 2013    Oxunub:4810
Bu il 700 bal yığan olmayıb.
Bu barədə AzVision.az-aTələbə Qəbulu üzrə Dövlət Komissiyanın mətbuat xidmətindən məlumat veriblər.

2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə I ixtisas qrupu üzrə iyulun 21-də keçirilmiş qəbul imtahanının nəticələri yaxın 1 saat ərzində TQDK-nın internet saytında yerləşdiriləcək.

Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə öyrənə biləcəklər.

I ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün sənəd vermiş 36883 abituriyentdən 1324 nəfəri imtahanda iştirak etməmişdir. İmtahanda iştirak edən 35519 abituriyentlərdən 40 nəfəri imtahan qaydalarını pozduğuna görə imtahandan xaric olunmuş və nəticələri ləğv edilib.

Ən yüksək nəticə isə 695 bal olub.

I ixtisas qrupu üzrə ixtisas seçimində aşağıdakı müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər:

Bu il I qrup üzrə ixtisas seçimində ümumi balı 150 - dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Dövlət sifarişli ixtisasların müsabiqəsində ümuni balı 250-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Ümumi balı 300 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.

İxtisas seçimi avqustun 6 - dan avqustun 15-dək internet vasitəsilə aparılacaq.

Xüsusi qabiliyyət tələb edən ixtisasların bəzi istiqamətləri üzrə müsabiqə şərtlərində dəyişiklik edilmişdir. Buna dair cədvəl TQDK-nın internet saytında yerləşdiriləcəkdir.


Teqlər:  





Xəbər lenti