Fəxri xiyabana gedən yollar bağlanıb

  10 May 2016    Oxunub : 1028
Fəxri xiyabana gedən yollar bağlanıb
Bu gün səhər saatlarından başlayaraq Fəxri xiyaban istiqamətində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə keçiriləcək tədbirlərlə əlaqədar Fəxri xiyaban istiqamətində avtomobillərin istiqaməti müvəqqəti olaraq dəyişdirilib.

Qeyd olunub ki, Parlament prospektinin Mehdi Hüseyn küçəsi ilə kəsişməsinədək, Hüseyn Cavid prospektinin Mikayıl Müşfiq küçəsi ilə kəsişməsinədək, digər küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Ziyarətə qatılmaq istəyənlər ictimai nəqliyyatdan istifadə edə bilərlər.

AzVision.az

Teqlər: