Diqqət: Fəxri xiyabana gedən yollar bağlanacaq

Diqqət: Fəxri xiyabana gedən yollar bağlanacaq
  09 May 2016    Oxunub:3135
Mayın 10-da Fəxri xiyaban istiqamətində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Azərtac-a deyib ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə keçiriləcək tədbirlərlə əlaqədar Fəxri xiyaban istiqamətində avtomobillərin istiqaməti müvəqqəti olaraq dəyişdiriləcək. “Ziyarətə gələnlərin hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə əhalinin və avtomobil sahiblərinin nəzərinə çatdırırıq ki, paytaxtın Parlament prospektinin Mehdi Hüseyn küçəsi ilə kəsişməsindən, Hüseyn Cavid prospekti və Mikayıl Müşfiq küçəsi ilə kəsişməsindən və digər kəsişən küçə və prospektlərdən avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq”, - deyə o əlavə edib.

V.Əsədov bildirib ki, mayın 10-da səhər 08:00-dan etibarən ziyarət başa çatanadək bu istiqamətdə şəxsi avtomobillərdən istifadə edilməməsi, ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük verilməsi tövsiyə olunur. Ziyarətə qatılmaq istəyənlər isə ictimai nəqliyyatdan istifadə edə bilərlər.

AzVision.az


Teqlər:  





Xəbər lenti