Gənclər Leyla Əliyevanın dəvəti ilə Bakıya gəlir

Gənclər Leyla Əliyevanın dəvəti ilə Bakıya gəlir
  23 İyul 2013    Oxunub:1137
İyulun 23-dən 27-dək Rusiya Federasiyasının bir qrup dövlət qulluqçuları, Uşaq və Gənclər Təşkilatları Milli Şurasının idarə heyətinin üzvləri, Gənclərin İctimai Palatası və ali məktəb tələbələrindən ibarət nümayəndə heyəti Azərbaycana səfər edəcəklər.

AzVision.az xəbər verir ki, qonaqlar Azərbaycana Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri xanım Leyla Əliyevanın dəvəti ilə gəlirlər.

Səfər çərçivəsində nümayəndə heyətinin bir sıra dövlət və qeyri-hökumət təşkilatlarında görüşləri nəzərdə tutulub.

Belə görüşlərdən biri, iyulun 25-də saat 17.00-da Gənclər və İdman Nazirliyində keçiriləcək.


Teqlər:





Xəbər lenti