Fuad Abbasovdan həmyerlilərimizə 9 may müraciəti

Fuad Abbasovdan həmyerlilərimizə 9 may müraciəti
  07 May 2016    Oxunub:2202
Azərbaycanlı jurnalist Fuad Abbasov Rusiyada yaşayan həmyerlilərinə müraciət edib.
O, mürciətində Rusiya ictimayyətinə II Dünya Müharibəsində Azərbaycanın və azərbaycanlıların tarixdəki yerini və rolunu çatdırmaq məqəsdi ilə Rusiyada baş tutacaq yürüşə qoşulmağa dəvət edib.
AzVision.azJurnalistin müraciətini oxuculara təqdim edir :

“Hörmətli həmvətənlərim!

II Dünya Müharibəsində sabiq SSRİ-nin qalib gəlməsində Bakı neftinin, Azərbaycanın və onun övladlarının əvəzedilməz xidmətlərini hamı çox yaxşı bilir. Ancaq çox təəsüf ki, zaman keçdikcə faşizmlə mübarizədə ön cəbhəyə gedən 700 min nəfər və müharibədə həlak olmuş 300 min nəfər azərbaycanlı, bütün hərbi texnikanın 90 faizinin işlədiyi neftin və avtomatların, təyyarələrin, və pulemyotların Bakı zavodlarından verilməsi, xalqımızın arxa cəbhədəki gündəlik fədakarlıqları Rus ictimayyəti tərəfindən unudulmaqdadır. Mən Moskvada yaşadığım 18 il ərzində hər il keçirilən 9 May paradlarının heç birində Moskva azərbaycanlılarının düzənli bir şəkildə iştirak etməsinin şahidi olmamışam.

Gəlin bu səhvimizi düzəldək və Rusiya ictimayyətinə Azərbaycanın və Azərbaycanlıların tarixdəki yerini və rolunu bir daha onlara xatırladaq.

Bununla bağlı bir təklifim var. 9 May 2016-cı il tarixi Rusiyada rəsmi bayram günüdür. Bu tarixdə saat 15:00- dən etibarən Moskvanın mərkəzindəki Tverskaya küçəsindən Qızıl Meydana qədər “Ölümsüz Polk” (https://azvision.az/redirect.php?url=http://parad-msk.ru) yürüşü başlanacaq. Bəlkə də Moskvada yaşayan həmvətənlərimizin bir çoxu bu gün uşagları və ailəsi ilə birlikdə bu yürüşə gələcəklər. Gəlin Moskvada yaşayan azərbaycanlılar olaraq, 9 May tarixində saat 14:30-dan etibarən, metro Belorusskaya (dairəvi xətt) çıxışındaki Tverskaya Zastava meydanı, 3 nömrəli evin önündə toplaşaq. (smartfonlar uçun adreshttps://goo.gl/maps/kcK2vj38J4m ) Əllərinizdə Azərbaycan bayrağının olması vacibdir. Bundan başqa II Dünya Müharibəsində iştirak etmiş, yaralanmış və ya həlak olmuş azərbaycanlıların fotoşəkillərini də gətirsəniz çox yaxşı olar. Müharibə iştirakçılarının fotoşəkillərini https://azvision.az/redirect.php?url=http://parad-msk.ru/transparant/ ünvanında düzəldə bilərsiniz.

Xahiş edirəm, bu elanı Rusiyada və Moskvada yaşayan hər bir Azərbaycanlıya çatdırın, onlar da bir-birinə ötürsünlər. Rusiyada faaliyət göstərən: fnkaa.ru, vakrf.ru, amor.az, asaif.org, heydar-aliyev-foundation.org, azeri.ru kimi internet səhifələrində bu məlumatı yayın və təbliğ edin.

Mən bir əlimdə babamın portreti, o biri əlimdə Azerbaycan bayrağı ilə orada olacağam”.


AzVision.az


Teqlər:  





Xəbər lenti