Eldar İbrahimov: «Nazir olmaq heç xəyalımdan da keçmir» - VİDEO

  23 İyul 2013    Oxunub : 2316
Eldar İbrahimov: «Nazir olmaq heç xəyalımdan da keçmir» - VİDEO
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov AzVision.az oxucularının suallarına cavab verir:
(Əvvəli BURADA)



Alıcı:
- Eldar müəllim, niyə bazara gedəndə yerli meyvə tapa bilmirik?



- Bu? təkcə Azərbaycanın deyil, başqa ölkələrin də dərdidir. Əvvəla, elə bir ölkə yoxdur ki, nə isə idxal və ya ixrac etməsin. Mən də onun tərəfdarıyam. Əgər biz bir milyon ton kartof istehsal edib əhalimizi təmin edə biliriksə, niyə xaricdən bizə kartof gəlməlidir?Və ya başqa məhsul olsun. Gəlibsə də az gəlsin. Amma əksinə elə bazar alverçiləri var ki, xaricdən məhsulu ucuz qiymətə gətirib bizim bazar qiymətini aşağı salırlar. Həmçinin, kənd təsərrüfatı məhsulu istehsalçılarını ruhdan salırlar. Mən də bunun tərəfdarıyam. Xaricdən gələn məhsulların qarşısı bir qədər alınmalıdır. Çünki, nəticədə kəndlilərimiz istehsal etdikləri məhsulları sata bilmirlər. Və artıq kəndli gələn il həmin məhsulu əkib-becərməyə maraq göstərmir. Ona görə deyirəm, əgər bazar iqtisadiyyatına gediriksə, bu halların qarşısı alınmalıdır. Bazar iqtisadiyyatı, özbaşınalıq bazar demək deyil. Nəzarət demirəm, amma bazar tənzimlənməlidir. Naxçıvanda nə ət bahalaşır, nə də meyvə. Amma Azərbaycanda bunların hər ikisi bahalaşır, çünki bazar tənzimlənmir.

Fermer:
- Azərbaycan kəndlisini necə xarakterizə edərdiniz?




- Ulu öndərimiz Heydər Əliyevin sayəsində 1996-cı ildə torpaq islahatı haqqında qanun qəbul etmişik. Uzun illər torpağına həsrət olan Azərbaycan kəndlisi artıq öz torpağının sahibidir. Öz torpağını becərir, məhsulunu istehsal edir, məhsulunu satır. Azərbaycan rayonlarında olan 3 milyon 5 yüz min nəfərin, 875 min ailənin torpaq payı var. Baxır indi o kəndlinin iş qabiliyətinə. İşi yaxşı bilən yaxşı işləyir, dolanır. Biri isə tənbəldir, sovet dövründə öyrəndiyi kimi, deyir, mən ayaqüstə durum, harasa tamaşa edim, mənə pul versinlər. İndi bu yoxdu. Sovet dövründə, rəhbər olduğum zaman rast gəlirdim, “demaqoq” ərizə yazanlar var idi, tapşırırdım ki, həmin o kəndlilərə bir ayaqüstü iş verin səsi çıxmasın. İndi sovet höküməti yoxdu axı və hamı şəxsi mülkiyyətçidir. Bu gün, Aqrar Universitet bitirən aqronomlara, mexanizatorlara, baytarlara ehtiyacımız var, amma iş yerləri yoxdur. Çünki torpaq, xüsusi mülkiyyətçilərə məxsusdur. O, mülkiyyətçi hansı qazancı əldə edir ki, o həmçinin aqronoma da məvacib ödəsin? Ona görə, kooperasiya haqqında qanun layihəsi hazırlamışıq və layihədə iş yerlərinin açılması nəzərdə tutulub. Sahəni sənətkarına tapşırmaq lazımdır. Yəni bu baxımdan, Azərbaycan kəndlisi bu gün özünü yaxşı hiss edir.

Fariz Ağayev:
- Eldar müəllim, o düzdürmü ki, kartofa əqrəb geni vururlar?..



- Azərbaycanda yox, amma dünyada bu üsul var. Məsələn, amerikalı alimlər bununla biznes edirlər. Hazırda kənardan ölkəmizə gətirilən meyvə- tərəvəzlərin çoxunun geni dəyişdirilib. Çünki onlara əqrəb, siçan genləri vururlar. İnsanlar iyrənər deyə, çox da demək istəmirəm, amma bu, bir faktdır ki, belə məhsulların tərkibinə bir çox maddələr vururlar.Təbii ki, bu da gec də olsa insan sağlamalığına təsir edir.

Afrikada bir milyarddan artıq insan acdır. Bu insanları saxlamaq üçün həmin o geni dəyişdirilmiş məhsullardan istifadə edirlər. Bazarlarımızdakı piştaxtalarda alma uzun müddət qalsa da, rəngi dəyişmir, xarab olmur. Çünki həmin məhsulları dediyimiz əqrəb geni dəyişdirib. Mən bunu bir neçə dəfə çıxışlarımda da demişəm və qəbul etmirəm. Gərək biz çalışaq ki, bundan qorunaq. Təəssüflər olsun ki, təkcə biz yox, Avropa ölkələri də bu cür məhsullardan qoruna bilmir. Nümunə kimi elə Almaniyanı göstərə bilərik ki, bu ölkəyədə də geni dəyişdirilmiş məhsullar yol tapıb. Bizdə isə laborotoriyalar var, yeni mütəxəssislər hazırlanamlıdır ki, insanları bu xəstəliklərdən uzaq tutaq.

Çingiz:
- Eldar müəllim, siz necə, kənd təsərrüfatı naziri olmaq istəyirsinizmi?



- Mən vaxtilə, 1988-1991- ci ildə Dövlət Aqrar Sənaye Komitəsinin sədri, Nazirlər Soveti sədrinin birinci müavini və Naxçıvan Dövlət Partiya Komitəsinin üzvü idim. Çox böyük səlahyyətləri olan bir vəzifədə işləmişəm. Və mən bilirəm ki, bu vəzifə, onun əziyyəti və işi nədir. Mən heç vaxt o arzuda olmamışam.

Bakıya gələndə isə, açığını deyim ki,bu barədə mənə Heydər Əliyev tərəfindən təklif olundu. Mən isə Ulu Öndərimizə dedim ki, ona parlamentdə lazımam, kənd təsərrüfatı naziri kimi yox. Mən bu vəzifələri və vəzifənin zirvəsini görmüşəm. Naxçıvanda hazırkı kənd təsərrüfatı nazirinin səlahiyyətindən də artıq səlahiyyətim olub. Nazir olmaq mənim heç xəyalımdan da keçmir. Heç vaxt da olmaram. Artıq 30 ilə yaxındır ki, deputatam və Aqrar Siyasət Komitəsinin sədri kimi vəzifəmin öhdəsindən çox yaxşı gəlirəm. Necə deyərlər, yarımçıq papçılıqdansa, kamil papaqçı olmaq daha yaxşıdır. Öz işimi bilən adamam və işimdə də qalmaq lazımdır.

Saleh:

- Eldar müəllim, mənim müəllimim Əli Əliyev partiya sədridir. Onun tutduğu yolu necə qiymətləndirirsiniz? Son vaxtalar Milli Şuradakılarla vuruşur, hakimiyyətlə yox.

- Mən Əli Əliyevi bir insan kimi tanıyıram, amma indi o kiminlə vuruşur, kiminlə vuruşmur, bir söz deyə bilmərəm. Çünki YAP-ın üzvi olsaydı, deyərdim. O qədər də yaxından tanımadığım başqa partiya və onun sədri haqqında heç nə söyləmək olmaz. Özü də neytral partiyadır. Ona görə də nə isə danışmaq istəmirəm.

Tərlan:
- Eldar müəllim, YAP-ın sonuncu qurultayında bu partiyanın İdarə Heyətinə üzv seçildiniz. Yeni vəzifəzində hansı işləri görəcəksiniz? Ümumiyyətlə, YAP rəhbərliyindəki son dəyişiklikləri necə qiymətləndiirsiniz?

- YAP-ın qurultayında rəhbərlikdə edilən dəyişikliyi yüksək qiymətləndirirəm. 1992-ci ildə bu partiya yaradılan zaman Heydər Əliyevin yanında olan 3-5 nəfərdən biri mən idim. Məni elə hamı idarə heyətinin üzvi kimi də tanıyırdı. Amma heç vaxt, heç kimdən, vəzifə istəməmişəm. Bir dəfə də deməmişəm ki, axı mən partiyanı yaradan 3-5 üzvidən biriyəm, niyə idarə heyətinin üzvi deyiləm? Amma gec də olsa, deyir, haqq üzülər, qrılmaz - qırılmadı. Möhtərəm prezidentimizin məsləhətilə mən idarə heyətinin üzvü oldum. Buna görə də ona minnətdarlığımı bildirirəm.

Partiyanın həyatında həmişə necə çalışmışamsa, bundan sonra da ikiqat artıq çalışacam. Onu da deyim ki, konfranslarda iştirak edəndə hamı elə bilirdi ki, idarə heyətinin üzvüyəm. Heç kim bilmirdi ki, siyasi şuranın üzviyəm. Ulu Öndərimiz Heydər Əliyev də elə bilirdi ki, mən idarə heyətindəyəm və hərdən deyirdi ki, “İdarə heyətinin üzvüsən, çağıracağam, yoldaşlarla görüşəndə gələrsən”. Mən bir dəfə də qayıdıb demədim ki, idarə heyətinin üzvi deyiləm axı. Desə idim, həmin dəqiqə üzv edəcəkdilər. Amma hec vaxt vəzifə dalınca qaçan adam olmamışam.

Rahim Əliyev:
- Kənd Təsərrüfatı Nazirliyinin ləğv edilib, İqisadi İnkişaf Nazirliyinə birləşdiriləcəyi haqqında yazılanlar doğrudurmu?

- Mən hesab edirəm ki, qətiyyən doğru deyil. Bu nazirlik bəlkə də başqa nazirlikdən daha vacib qurumdur. Çünki Azərbaycan kənd təsərrüfatı regionudur. Əhalinin yarısı kənddə yaşayır və bu, təsərrüfatla məşğul olur. Nəinki ləğv eləmək, daha da genişləndirmək, mütəxəssislər yığmaq və kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq lazımdır.
Azərbaycan bu gün bütün kənt təsərrüfatı məhsulları ilə özünü təmin edir. Bircə taxılda təminat 80-85% dir. Bu da təbiidir, dünyada elə bir ölkə yoxdur ki, özünü hər şey ilə tam təmin etsin. Ümumilikdə, bizdə kənd təsərrüfatı son illərdə çox böyük inkişaf yolu keçib. Prezidentimiz kənd təsərrüfatına da böyük güzəştlər edir. Əlavə taxıl əkib biçənlərə subsiyadalar verilir, 100 milyonlarla kreditlər ayrılır.

Müəllim:
- Müəllimlərin maaşı niyə belə azdır? 18 il stajı olana müəllimin maaşı cəmi 174 manatdır. Sizcə, belə cüzi maaş ilə ailə dolandırmaq olarmı?
- Təbii, mən bu fikirlə razılaşıram. Bunu təkcə Eldar İbrahimov kimi demirəm, hamımız bir vətəndaş kimi bunu başa düşürük. Əlbəttə, müəllim və həkimlərin, büdcədən dolanan digər işçilərin də əməkhaqları azdır. Bu il onların maaşları aratacaq. Birdən-birə artırmaq da olmaz. Yunanıstandan, İspaniyadan tutmuş, İtaliya, İngiltərədə mitinqlər baş alıb gedir. Səbəb isə odur ki, hakimiyyətə yeni gələnlər vəd edib ki, Yunanıstanda əmək haqlarını 5 qat artıracaq. İndi böhrandır. Duruma görə isə maaşları azladır, nəticədə camaat mitinq edir. Bu gün dünyanı iqtisadi böhran bürüyüb, amma Azərbaycanda böhran yoxdur. Çünki prezidentimiz düzgün, ağıllı iqtisadi siayasət aparır.

Teqlər: