İşsiz Ağdaş sakini deputat olmaq istəyir

İşsiz Ağdaş sakini deputat olmaq istəyir
  04 May 2016    Oxunub:3694
90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə iştirak etmək üçün daha bir nəfər deputatlığa namizədliyini irəli sürüb.
Bu barədə AzVision.az-a 90 saylı Ağdaş Dairə Seçki Komissiyasının sədri Nurəddin Nəsibov bildirib.

DSK sədrinin sözlərinə görə, Ağdaş sakini Əhmədova Əlamət Məmmədemil qızı deputatlığa namizədliyini irəli sürüb. Onun hazırda işsiz olduğu bildirilib.

Hazırda deputatlığa namizədlərin sayı 7 nəfərə çatıb.

Cavid Osmanov Həmid oğlu - Yeni Azərbaycan Partiyasının Ağdaş rayon təşkilatının sədri

Ağazadə İqbal Fehruz oğlu - Ümid Partiyasının sədri

Məmmədov İlqar Eldar oğlu – REAL Hərəkatının sədri

Haqverdiyev Əli Bəkir oğlu – Ağdaş rayon Mərkəzi Xəstəxanasının həkimi

Hüseynova Səidə Bahadur qızı – Media və Təhsil İnnovasiya Mərkəzi İctimai Birliyinin sədri

Əliyev Bəybala Əşrəf oğlu – İşsiz, bitərəf

Əhmədova Əlamət Məmmədemil qızı – İşsiz

Qeyd edək ki, Prezident İlham Əliyev 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Seçkilər 2016-cı il iyunun 18-nə təyin edilib.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti