Vəhabilərə qarşı əməliyyat, ermənilər təxribata hazırlaşır...

Vəhabilərə qarşı əməliyyat, ermənilər təxribata hazırlaşır...
  04 May 2016    Oxunub:4715
Ötən gün Azərbaycanda və dünyada bir çox hadisələr baş verib. Hansı xəbərlər oxucular arasında geniş müzakirələrə səbəb oldu? Mayın 3-də nələr baş verdi?
AzVision.az ötən günün ən maraqlı xəbərlərinin xronikasını oxuculara təqdim edir:

Dərsliklər yenidən çap olunacaq - Təhsil Nazirliyi

“IX siniflər ilk dəfə olaraq yeni təhsil proqramları əsasında tərtib edilmiş dərsliklərdən istifadə edəcək. 2016-2017-ci tədris ilində ən yüksək dərslik tirajı I siniflərə aid olacaq”.

***

Kerri Lavrova Qarabağ haqda nə deyib?

Ermənistan və Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zonasında sabitliyin bərpa olunması istiqamətində səylərini davam etdirməlidir. Bunu ABŞ dövlət katibi Con Kerri rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı zamanı bildirib.

***

370 erməni Qarabağdan qaçıb

Cəbhədəki dördgünlük müharibədən sonra ermənilər Azərbaycanın işğal altında olan Talış kəndini tərk etməyə başlayıb. Məlum olub ki, 370 nəfərdən çox erməni, ümumilikdə 90 ailə Talış kəndindən Ermənistana qaçıb.

***

Ermənilərin Tərtərdə dağıtdığı evlər təmir edilir

“Tərtər rayonunda əhalinin əhval-ruhiyyəsi yüksək səviyyədədir və sakinlər gündəlik təsərrüfat işləri ilə məşğul olurlar. Ölkə başçısının səfərindən sonra sakinlərin ruh yüksəkliyi daha da artıb”. Bunu Tərtərin icra başçısı Müstəqim Məmmədov deyib.



Erməni güllə səsi eşidəndə - CİZGİ FİLMİ

Ermənistanla 4 günlük müharibəni bir cümlə ilə qısaca belə təsvir etmək olar: “Biz getdik, onlar qaçdılar”.

***

Erməni nazir maaşını işğalçılara bağışladı

Ermənistanın ərazilərin idarə olunması və inkişafı naziri David Lokyan qondarma “Dağlıq Qarabağ Respublikası”ına 600 min dram (1884 AZN) həcmində ianə edib.

***

DİN vəhhabilərə qarşı əməliyyat keçirir: Tutulanlar var

Daxili İşlər Nazirliyi Zaqatalada xüsusi əməliyyat keçirib.

***

100-dən çox həkim tutuldu - İstanbulda əməliyyat

İstanbul polisi 32 bölgədə eyni vaxtda əməliyyat keçirib.



Polisdən növbəti əməliyyat: İki iranlı tutuldu

Daxili İşlər Nazirliyi (DİN) Cəlilabad rayonunda əməliyyat keçirib, xarisi vətəndaşlar saxlanılıb.

***

`Bank Standart`-a 3 ay vaxt verilib

“Bu gündən etibarən “Bank Standart” kommersiya bankında Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən müvəqqəti inzibatçılıq təyin edilib”. Bunu MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.

***

Sarkisyan ordu generallarını işdən qovur

Ermənistan Müdafiə Nazirliyində yeni istefaların olacağı gözlənilir.

***

Ter-Petrosyan Azərbaycan torpaqlarında Qarabağı müzakirə edib

Azərbaycanın işğal altında olan torpaqlarında səfər edən Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan separatçı rejimin `lideri` Bako Saakyanla görüşüb.

***

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin üzvləri – Prezidentdən maraqlı təyinatlar

2016-cı il mayın 2-də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Müşahidə Şurasının ilk iclası keçirilib.

***

Rüfət Aslanlıya yeni müşavir təyin edilib

Maliyyə Bazarlarına Nəzarət Palatasında (MBNP) yeni təyinat olub.

***

İqtisadi İslahatlar Mərkəzi`nin direktoru kimdir? – DOSYE

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Müşahidə Şurasının qərarına əsasən Vüsal Əfras oğlu bu qurumun icraçı direktoru təyin edilib. Bəs Vüsal Qasımlı kimdir?



Azərbaycanda çoxuşaqlı ailələrin sayı kəskin azalır

Azərbaycanda hazırda 3077 ailənin 5-dən çox uşağı var. Onlara qnunvericiliklə 30 manat müavinət təyin olunub”.

***

DİN tutulan vəhabilərin adlarını açıqladı

Respublikanın hüquq mühafizə orqanları tərəfindən mütəşəkkil cinayətkarlığa qarşı uğurlu əməliyyat tədbirləri həyata keçirilir.

***

Nazir ayaqlarını itirən əsgərə ev verdi

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov 2014-cü ilin avqustunda cəbhədə gedən döyüşlərdə hər iki ayağını itirmiş keçmiş əsgər Sərxan Tahirzadəni ötən həftə Lənkəranda şəxsən qəbul edib, onun problemlərilə maraqlanıb və hər cür şəraitlə təmin olunacağına söz verib.

***

Əliyevlə Sarkisyanın görüşü gözlənilir - Deputat

“Ermənistanın cəbhə xəttində yeni təxribatlara əl atacağı gözlənilir”. Bu barədə millət vəkili, politoloq Rasim Musabəyov bildirib.

***

Erməni hərbçinin başının kəsilməsi fotosu saxtadır - RƏSMİ
Müdafiə Nazirliyi Azərbaycan Ordusunun hərbçisinin guya erməni hərbçinin başını kəsməsi barədə Ermənistan mətbuatında yayılan məlumatlara münasibət bildirib.



Azərbaycanda helikopter satılır - İlkin qiymət 134 mindir

Azərbaycanda helikopterlər hərraca çıxarılacaq.

***

ATƏT sədri Nalbandyana: `Gücdən istifadə yolverilməzdir`

“Dağlıq Qarabağ münaqişəsi zonasında gücdən istifadə yolverilməzdir”. Bunu ATƏT-in Parlament Assambleyasının sədri İlka Kanerva Ermənistanın XİN rəhbəri Edvard Nalbandyanla görüşündə deyib.

***

6 nəfər Ağdaşın deputatı olmaq istəyir - MSK sədri

90 saylı Ağdaş seçki dairəsindən 6 nəfər deputatlığa namizədliyini irəli sürüb. Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirdiyi iclasda bildirib.

***

Qarabağa 400 erməni könüllü göndərilir

Bu gün “Yerkrapa” hərbi təşkilatının 400 könüllüsü İrəvanın Nubaraşen rayonunda yerləşən hərbi hissədən Dağlıq Qarabağa gedəcək.

***

Erməni deputat Türkiyə parlamentində dava saldı - VİDEO

Türkiyənin Böyük Millət Məclisinin (parlament) erməni deputatı iclasın gedişi zamanı həmkarlarına hörmətsizlik edərək dava salıb.

***

`Ermənistan rəhbərliyi təxribatlarını davam etdirir` - Novruz Məmmədov

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov iki erməni deputatın Ermənistan hökumətinin Dağlıq Qarabağın müstəqilliyini tanıması təklifinə münasibət bildirib.

***

Mərkəzi Bank uçot dərəcəsini dəyişmədi

Azərbaycan Mərkəzi Bankı öz mandatına uyğun olaraq, makroiqtisadi sabitliyin təmin olunmasına yönəlmiş tədbirləri davam etdirir.



Rəsmi Bakı Ermənistana xəbərdarlıq etdi

Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin Ermənistan tərəfindən tanınması Yerevanın Minsk qrupu prosesinə son qoyması mənası daşıyır.

***

`Rusiya mövqeyini bildirməlidir` - Polad Bülbüloğlu

“Əgər “DQR”in müstəqilliyi Ermənistan tərəfindən tanınsa, o zaman beynəlxalq hüququn bütün prinsipləri pozulmuş olacaq. Bu, ATƏT-in Minsk Qrupunun çoxsaylı təkliflərinin üstündən də xətt çəkəcək. Hesab edirəm ki, bütün həmsədr ölkələr, o cümlədən Rusiya bu məsələ ilə bağlı mövqeyini bildirməlidir”. Bu sözləri “Qovorit Moskva” radiosuna müsahibəsində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib.

***

Azərbaycanda maşın qaçıranları sərt cəza gözləyir

Azərbaycanda avtomobil qaçıranlar daha sərt cəzalandırıla bilər.

***

Moskva İrəvana silah göndərməyə başladı

Rusiya kredit razılaşmasına əsasən artıq Ermənistana silah göndərməyə başlayıb. Bunu Ermənistan müdafiə nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan bildirib.

***

`Ermənistan danışıqlar prosesini pozur` - Xələf Xələfov

“Dağlıq Qarabağda münaqişə Sovet İttifaqının süqutundan öncə başlayıb. 1988-ci ildən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları əsasında başlayan silahlı toqquşmalar təkcə Dağlıq Qarabağın deyil, həm də 7 bitişik rayonun işğal edilməsi ilə nəticələndi”. Bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov BMT-nin İrqi Ayrıseçkiliyin aradan qaldırılması ilə mübarizə komitəsinin Azərbaycanla bağlı iclasında çıxışı zamanı deyib.

***

Rusiyadan Azərbaycana yeni hərbi texnika gətirilir
Azərbaycana Rusiyadan alınmış hərbi döyüş texnikasının gətirilməsi davam edir.

***

Ordumuz şəhid verdi

Azərbaycan ordusunun əsgəri şəhid olub.



Azərbaycanın raket və artilleriya qoşunları hazır vəziyyətə gətirildi

Müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına əsasən Raket və Artilleriya Qoşunlarının təlimləri başlayıb.

***

`Sarkisyan təslim oldu, 5 rayon qaytarılır` - Erməni deputat
Serj Sarkisyan Rusiyanın Dağlıq Qarabağla bağlı təklifləri əsasında yeddi rayonu qaytarmaq üçün ictimai rəyi bu istiqamətdə kökləyir. Ermine Naqdalyan da həmin bəyanatı təsadüfən səsləndirməyib. Bu barədə “İrs” partiyasından olan deputat Zarui Postandjyan deyib.

***

`Şəhid olmaq hamıya qismət olmur` - Şəhid əsgərin statusu (FOTO)

Mayın 3-də qoşunların təmas xəttində düşmənlə atışmada Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Yüzbəyov Əmrah Aydın oğlu şəhid olub.

***

`Ermənilər öz mövqelərini qoyub qaçdılar` - VİDEO

`Ermənilər öz mövqelərini qoyub qaçdılar

Hazırladı: Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti