96 nəfər Mikayıl Cabbarova şikayət etdi

  22 İyul 2013    Oxunub : 515
96 nəfər Mikayıl Cabbarova şikayət etdi
Təhsil naziri Mikayıl Cabbarov vətəndaşlarla görüşüb
İyulun 19-da təhsil naziri Mikayıl Cabbarov Yevlax şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2013-cü ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Yevlax, Ağdaş, Ağcabədi, Bərdə, Beyləqan, Göyçay, Ucar, Zərdab rayonlarında və Mingəçevir şəhərində yaşayan vətəndaşları qəbul edib.

Qeyd olunan rayonların təhsil şöbələri müdirlərinin, nazirliyin digər tabeli qurumlarının rəhbərlərinin iştirak etdikləri qəbulda vətəndaşlar, əsasən yaşadıqları rayonların ümumtəhsil məktəblərində işlə təmin olunma, bir ali, orta ixtisas və ya ümumtəhsil məktəbindən digərinə köçürülmə, məktəb binalarının təmiri, ali təhsil müəssisələrində təhsil haqqından azad olunma, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetində təhsili yarımçıq qalmış şəxslərin təhsillərinin başa vurulması və digər məsələlərlə əlaqədar müraciətlər ediblər.

96 vətəndaşın müraciəti dinlənilmiş, əksər məsələlər yerindəcə həllini tapıbr. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.

Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınmış və nəzarətə götürülüb.

Teqlər: