“1000 bərəkət halal nemət” halallığını bir daha sübut etdi

“1000 bərəkət halal nemət” halallığını bir daha sübut etdi
  27 Aprel 2016    Oxunub:9150
Bir neçə gündür ölkə mətbuatında Azərbaycanın ən böyük ət və ət məhsulları istehsalçısı olan «Səhliyalı» firmasının “1000 bərəkət halal nemət” ticarət nişanı haqqında böhtan xarakterli iddialar öz əksini tapırdı.
Hətta “Səhliyalı” MMC-nin əti haradan alması və ətin kəsmi ilə bağlı həqiqətə sığmıyan yalanlar yayılırdı.

Yayılan bu məlumatlara aydınlıq gətirmək üçün “Səhliyalı” MMC açıq qapı günü elan edərək bütün jurnalistləri məhsulun hazırlanma prosesini, ət kəsimini görmələri üçün istehsalata dəvət etdi. Biz də AzVision.az saytı olaraq dəvəti qəbul edib, yollandıq istehsalata.



İddiaların böhtan xarakterli olduğunu firma əyani olaraq jurnalistlərə göstərdi. Firma ət kəsimi məsələsinə yeni açdığı kəsim sexi ilə çox gözəl cavab verib. Heyvanların harada və necə kəsilməsinə həssaslıqla yanaşılır. İslamın bu məsələdə qoyduğu bütün qayda-qanunlara əməl edilir. Kəsim sexinin inşaatı təzə yekunlaşıb. Burada yüksək keyfiyyətdə, gigiyenik şəraitdə və halal qaydalara uyğun olaraq heyvan kəsimləri həyata keçirilir. Şirkətin bütün avadanlıqları isə ən müasir texnologiyalardır və Almaniyadan gətirilib. Bu kəsim yerində ciddi standartlar müəyyənləşdirilib. Bununla da bura Abşeron rayonundakı bütün mal-qaranın kəsim yeri olub. Kəsim prosesində baytar həkim də iştirak edir. Heyvanlar baytar tərəfindən ilkin müayinədən keçəndən sonra kəsimə göndərilir. Kəsilmiş ətlər isə növbəti müayinədən keçirilir. Bunun üçün heyvanın xüsusi hissələrindən nümunələr götürülüb, laboratoriyaya göndərilir. Laboratoriyadan keçən ətlər isə istehsalata buraxılır

“Səhliyalı” müəssisəinin istehsalat üzrə müdir müavini Rəfael Məmmədov jurnalistlərin suallarını cavablandırıb:

– 2009-cu ildən halal məhsul istehsal edirik. İdxal etdiyimiz ədviyyatların, ətin halal olmasına, daha doğrusu, halal standartının bütün prinsiplərinə əməl etmişik, edirik. Və buna görə də “Halal Nemət 1000 Bərəkət” adlı əmtəə nişanını almışıq. Biz də bir müsəlman ailəsi olaraq halallığa və halal nemətlərə çox əhəmiyyət veririk. İlk növbədə özümüzün buna ehtiyacımız var. Bu məsələdə də çox şəffafıq. Fransadan, Almaniyadan, İtaliyadan kolbasa və sosis üzlükləri alırıq. Bütün bunlar da halalın tələblərinə uyğundur. Buna görə də həmin qurumlardan biz halallıqla bağlı sertifikatlar tələb edirik. Təbii ki, bütün bunlar bizdə var, sadəcə, yeni tarixlə tələb edildiyi üçün bunların hamısını təkrar hazırladıq. Aldığımız ədviyyatlara kimi, bütün prosesləri tələbə uyğun hazırladıq və halal sertifikat alan ilk 4 şirkətdən biri olduq.



Bazarda mal ətini kilosu 7-8 manat olduğu halda, kolbasanın kilosunun qiyməti aşağı olması alıcılarda çaşqınlıq yaradır. R. Məmmədovun sözlərinə görə, kolbasa və sosislərin tərkibi heç də sırf ətdən olmur.

– Təəssüflər olsun ki, bəzi insanlar kolbasada, sadəcə ətdən istifadə olunduğunu düşünür. Kolbasa və sosislər ət məhsuludur. Burada ən çox faiz ətə məxsus olsa da, kartof, yumurta, süd, kərə yağı, su (buz), duz, ədviyyatlardan istifadə olunur. Toyuq əti əlavə olunur. Bütün bunların qiymətlərini hesablayanda, kolbasanın ətdən ucuz olmasının səbəbi də aydın olur. Üstəlik də istehlakçılar bazardan 1-2 kilo ət alır. Amma biz heyvanı özümüz kəsdiyimiz üçün ətin kilosu ucuz gəlir. 4-5 manata. Bütün qatqı maddələri hamısı halal mənşəlidir. Bütün aldıqlarımızın halal sertifikatları var. Bu sertifikatlar da həm Malayziyada, həm Hindistanda, əsas da Standartlaşdırma, Metrologiya və Patent Üzrə Dövlət Komitəsi tərəfindən təsdiqlənir. Dünyada qəbul edilən halal sertifikatına uyğun olaraq işlərimizi qurmuşuq və tamamilə “Halal Nemət 1000 Bərəkət” brendi ilə halal məhsullar istehsal edirik.

Jurnalistlər “Ət kəsimi” müəssisəsi ilə tanış olublar. Bina iki mərtəbəlidir. Birinci mərtəbəsində ət kəsimi, ikinci mərtəbəsində isə soyuducular mövcuddur. Müəssisə Türkiyənin istehsalı olan müasir texniki avadanlıqlarla təchiz olunub. Burada 100-ə yaxın iri buynuzlu, 300-ə yaxın kiçik buynuzlu heyvan ətinin kəsimi mümkündür. Ümumilikdə şirkətin kəsim sahəsi 2600 kvadrat-metrdir. Bunun 600 kvadrat-metrdiri heyvanların qəbulu və saxlanılması və kəsiminin payına düşür.

Qeyd edək ki, ət kəsimi müəssisəsi iki il əvvəl Dövlət Proqramı çərçivəsində qurulması işinə başlanılıb. Türklərlə birgə işlər ay yarım bundan əvvəl tamamlanıb. Texniki avadanlıqlar gigeynik və sanitar tələblərə uyğun qurulub. Döşəmə, divarlar, tavanı yüksək səviyyəli materiallarla qurulub.



“Səhliyalı” şirkətinin rəhbəri İlham Bəşirov “Halal Nemət 1000 Bərəkət” markalı məhsularının keyfiyyətsiz ətdən hazırlanması ilə bağlı yayılan məlumatlara belə münasibə bildirib: ”Gəlib öz gözlərinizlə gördünüz. Şirkət əti həm yerli, həm də xarici bazardan birbaşa dövlət nəzarəti altında alır. Bununla belə, bu məqamı xüsusi vurğulamaq istəyirəm ki, müəssisəmizin öz yardımçı təsərrüfatı da var. Ət tələbatımızın bir hissəsini həmin fermamız vasitəsilə təmin edirik. Yayılan məlumatların heç bir əsası yoxdur. Mən KİV-lərimiz üçün “Açıq Qapı” günüdə keçirtməyə hazıram”.

İlham Bəşirov gələcək planlar barədə də məlumat verib: “Hazırda istehsal olunan məhsullarımız Gürcüstan və Özbəkistana ixrac olunur. Gələcəkdə Rusiya və Ərəb ölkələri bazarına da çıxmağı düşünürük”.

AzVision.az


Teqlər:  





Xəbər lenti