Ermənilərin milli `soyqırım` bayramı - KARİKATURA

Ermənilərin milli `soyqırım` bayramı - KARİKATURA
  24 Aprel 2016    Oxunub:13283
Birinci Dünya müharibəsi zamanı dünyanın müxtəlif ölkələrində yaşayan ermənilər Rusiyaya müraciət edərək Osmanlı dövlətinə qarşı vuruşmağa hazır olduqlarını bildirdilər.

Ermənilər həmişə Osmanlı İmperiyası ərazisində yüksək imtiyaza sahib olub. Onlar dövlət tərəfindən himayə olunan millətə çevrilmişdilər. Faktiki olaraq, Osmanlı dövləti ərazisində ticarət və maliyyə məsələləri ermənilərin monopoliyasında idi. Üstəlik, yüksək dövlət postlarında xeyli sayda erməni təmsil olunmuşdu. Bir sözlə, XX əsrin əvvəllərində ermənilər Osmanlı imperiyası ərazisində “sadiqi-millət” kimi tanınırdı.

Osmanlı və Rusiya dövlətləri Birinci Dünya müharibəsi zamanı əks cəbhələrdə mübarizə aparırdılar. Belə bir situasiyada dünyanın müxtəlif ərazilərində yaşayan ermənilər Rusiyaya müraciət edərək Osmanlı dövlətinə qarşı vuruşmağa hazır olduqlarını bildirdilər. Nəticədə ermənilər ölkə daxilində qiyam qaldırdılar. Onlar faktiki olaraq vətəndaşı olduqları dövlətə qarşı silah çevirmişdilər.

Göründüyü kimi “sadiqi-millət” kimi tanınan və Osmanlı dövlətində yüksək imtiyazlara sahib olan ermənilər müharibə başlayan kimi tamamilə fərqli mövqe nümayiş etdirməyə başladılar. Bu zaman isə ermənilər dinc türkləri soyqırımına məruz qoydular. Təkcə türklər yox, kürdlər və digər qeyri-millətlər də ermənilərin qəliamına məruz qaldılar. Xüsusilə Van şəhəri ermənilər tərəfindən viran edildi. Osmanlı dövləti faktiki olaraq iki cəbhədə vuruşmaq məcburiyyətində qalmışdı.

1915-ci ildə Osmanlı dövləti həm bu qırğınların qarşısın almaq, həm də öz təhlükəsizliyini təmin etmək üçün köçürmə siyasətinə əl atdı. 24 aprel 1915-ci il tarixində Osmanlı dövlətində qiyamçı ermənilərə rəhbərlik edən şəxslərin həbs olunması ilə bağlı qərar qəbul edildi. Bu qərarın verildiyi günü ermənilər onlara qarşı “soyqırım” - ın başlandığı gün kimi qəbul etdilər. Köçürmə siyasəti tarixən tez-tez rast gəlinən bir haldır. Dünya dövlətləri dəfələrlə bu təcrübədən istifadə ediblər.

Köçürmə ilə bağlı qərar isə 1915-ci ilin may ayında Osmanlı Parlamentində qəbul edildi. Yəni 1915-ci ilin mayın 30-da Osmanlı Parlamentinin qəbul etdiyi qərar faktiki olaraq 24 apreldən bir ay sonra verilmişdi. Emənilər məhz 24 apreli “soyqırım”ın başlanğıcı kimi qəbul edirlər. Halbuki həmin gün köçürülmə ilə bağlı hər hansı qərar qəbul edilməmişdi.

Ermənilər bəyan edirlər ki, bir milyon yarım və daha çox erməni köçürülmə prosesi zamanı “soyqırımı”na məruz qalıb. Bu, erməni kilsəsinin ortaya qoyduğu uydurma rəqəmdir. Maraqlıdır ki, illər keçdikcə bu rəqəm daha da şişirdilir. XX əsrin əvvələrində Osmanlı dövləti ərazisində bu qədər erməni yaşamırdı. Rəsmi statistikaya görə, XIX əsrin sonu XX əsrin əvvəllərində Osmanlı dövlətinin ərazisində 1 milyon 2 yüz minə qədər erməni yaşayıb.

Bu statistikanın tərtib olunmasına nəzarət edən şəxsin özü də erməni olub. Yəni bu, ermənilərin özlərinin səsləndirdiyi statistik rəqəmdir. 1918-ci ilin dekabrında məşhur erməni ictimai xadim Poqos Nübar paşanın Fransa xarici işlər nazirinə yazdığı məktubda göstərilir ki, köçürülmə prosesində 600-700 min erməni iştirak edib.

Lakin bu kimin günahı səbəbindən baş verib? Bu məqamda əsas məsuliyyət həmin dövrdə ermənilərə rəhbərlik edən siyasi xadimlər və ziyalıların üzərinə düşür. Digər tərəfdən isə onları bu əməlləri törətməyə etməyə sövq edən böyük dövlətlər də bu məsələlərdə məsuliyyət daşıyırlar. Konkret olaraq Rusiya imperiyası həmin dövrdə ermənilərdən öz məqsədləri üçün istifadə edirdi. Bir sözlə, köçürülən və tələf olan ermənilər üçün mənəvi və tarixi məsuliyyət bu dövlətlərin, bu şəxslərin üzərinə düşür.


Teqlər:  





Xəbər lenti