Azərbaycanda 9 Banqladeş və­tən­daşı tutulub

Azərbaycanda 9 Banqladeş və­tən­daşı tutulub
  22 Aprel 2016    Oxunub:1274
Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı bu günlərdə keçirilmiş tədbirlər nəticəsində miqrasiya qanunvericiliyinin tələblərini poz­muş 9 nəfər Banqladeş Xalq Respublikası və­tən­daşı saxlanılıb.
DMX-dan AzVision.az-a verilən məlumata görə, araşdırma zamanı Banqladeş Xalq Res­pub­li­­ka­sı­ vətən­daş­la­rı Shidda Hamonta və Miah Shobujun Azərbaycan-İran-Türkiyə-Avropa marşrutu ilə qanunsuz miqrasiya kanalı təşkil etməyə çalışdıqları məlum olub.

S. Hamontanın ölkəmizdə fəaliyyət göstərən müxtəlif şirkətlərdə çalışan Banqladeş vətəndaşlarını qanunsuz olaraq dövlət sərhədini keçməyə və Azər­baycan-İran-Türkiyə-Avropa marşrutu ilə qanun­suz miqrasiya axınına qoşulmağa sövq etdiyi müəyyən edilib:

“Nəticədə Shidda Hamonta tərəfindən ölkəmizdə gəmiqayırma sahəsində fəaliyyət göstərən müxtəlif şirkətlərdə çalışan Banqladeş vətəndaşları MD Masud Sheikh, Hasen, MD Farok Talokder və Raju Mridhanın aldadılaraq qanunsuz miqrasiya kanalına qoşulmaq üçün öz iş yerlərini tərk etdikləri aşkar olunub. Eyni zamanda, qanunsuz miqrasiya kanalının digər təş­ki­lat­çı­la­rın­dan olan Miah Shobuj tərəfindən Banqladeş vətəndaşları Tazul İslam, Rasel Mustafa Choudury və Mukhibury Rahmanın aldadılaraq Azərbaycana gətirildikləri müəy­yən edilib”.

DMX tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş kompleks tədbirlər nəticəsində son 4 ay ərzində Azərbaycan Respublikası ərazisindən istifadə etməklə əcnəbilərin qanunsuz yollarla İran-Türkiyə-Avropa marşrutu üzrə miqrasiya kanalını təşkil etməyə cəhd göstərən 3 mütəşəkkil dəstə zərər­sizləş­diril­ib.

AzVision.az


Teqlər:  





Xəbər lenti