Məşhur komediya ustası vəfat edib

  20 Aprel 2016    Oxunub : 2247
Məşhur komediya ustası vəfat edib
Britaniyalı məşhur komediya ustası, müğənni və bəstəkar Viktoriya Vood 62 yaşında vəfat edib. Onun xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilib.
V.Vood 1980-ci illərdən şöhrət qazanmağa başlayıb. Karyerasında böyük uğurlara imza ataraq bir çox mükafatlara layiq görülüb.

Böyük Britaniyanın Baş naziri Devid Kemeron sənətçinin ailəsinə başsağlığı verib. (Azərtac)

Teqlər: