Qadın geyimləri saxta çıxdı

Qadın geyimləri saxta çıxdı
  19 İyul 2013    Oxunub:4188
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, metronun "İnşaatçılar" stansiyasının yaxınlığında fəaliyyət göstərən fiziki şəxs Vüqar Bayramova məxsus mağazada aparılan yoxlama zamanı fərdi sahibkar İlham İsayevə məxsus "SABRA" əmtəə nişanının təqlidi olan saxta qadın geyimlərinin satıldığı aşkar edilib.

Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, haqsız rəqabətə yol verdiyinə görə Dövlət Xidməti tərəfindən fiziki şəxs Vüqar Bayramov barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.


Teqlər:  





Xəbər lenti