Nazir Nərimanbəyovun məzarını ziyarət etdi

Nazir Nərimanbəyovun məzarını ziyarət etdi
  19 İyul 2013    Oxunub:1160
Azərbaycanın UNESCO-ya üzv qəbul olmasının 20 illiyi münasibəti ilə Parisdə mərasim keçirilib.
Mədəniyyət və Turizm Nazirliyindən AzVision.az-a verilən məlumata görə, mərasimdə Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva və mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iştirak edib.

Səfər çərçivəsində nazir Ə.Qarayev Parisin mərkəzində yerləşən Passi qəbiristanlığında SSRİ-nin və Azərbaycan Respublikasının Dövlət mükafatı laureatları, SSRİ və Azərbaycanın Xalq Rəssamı, Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü Toğrul Nərimanbəyovun məzarını ziyarət edib, mərhumun məzarı üzərinə gül dəstələri qoyub.

Xatırladaq ki, Toğrul Nərimanbəyov cari il iyunun 2-də 83 yaşında Parisdə vəfat edib.

Mirvari


Teqlər:





Xəbər lenti