Davudoğlu AŞPA-da Azərbaycanı müdafiə etdi – Canlı yayım

Davudoğlu AŞPA-da Azərbaycanı müdafiə etdi – Canlı yayım
  19 Aprel 2016    Oxunub:4404
Türkiyənin baş naziri Əhməd Davudoğlu hazırda AŞPA sessiyasında çıxış edir.

Baş nazir aprelin əvvəlində cəbhə xəttində baş verən erməni təxribatlarına toxunaraq, Azərbaycanın mövqeyini müdafiə edib.

O, deyib ki, münaqişə zonasında baş verən gərginlik daha status-kvonun davam edə bilməyəcəyini ortaya qoyub.

Türkiyənin baş nazirinin sözlərinə görə, beynəlxalq birlik təxribatçı tərəf olan Ermənistana xəbərdarlıq etməlidir.

Suriyalılarla bağlı məsələyə toxunan Davudoğlu deyib ki, “Bizim məzlumlara, məsumlara qapımız açıqdır və açıq qalacaq”.

Terror məsələsinə toxunan Davudoğlu deyib ki, terroru hansısa dinlə əlaqələndirmək düzgün deyil: “Bu, terrorçuların məsədinə xidmət etmək olar. Xüsusilə də terrorun və İslamın adlarının yanaşı çəkilməsini qınayırıq”.

Hazırda Davudoğlu suallara cavab verir.

Türkiyədən olan kürd deputatın sualına cavab verərkən Davutoğlu bildirib ki, əvvəla, sualın AŞPA-nın rəsmi dili olan türkcədə səsləndirilməsini istərdi. Daha sonra isə baş nazir PKK-nı `alçaq bir terror təşkilatı` adlandırıb.




Teqlər:  





Xəbər lenti