Gələcəyin dizayneri – FOTOSESSİYA

Gələcəyin dizayneri – FOTOSESSİYA
  19 İyul 2013    Oxunub:2917
12 yaşlı Fidan Alməmmədli dizayner olmaq istəyir, bu sənətdən çox xoşu gəldiyini deyir. Fidanda bu sənətə maraq bir-iki əvvəl yaranmağa başlayıb və o, israrla bu sənətə yiyələnəcəyini deyir.
Şəkil çəkdirməkdən ötrü isə öz sözlərilə desək, “ürəyi gedir”. Bu günə qədər 1000-dən çox şəkli olduğunu deyən Fidanın bəlkə də, dizaynerliyə marağı bundan irəli gəlir. Yaxşı dizayner, həm də şəkillərin, görüntünün dilindən anlamağı bacarmalıdır axı.

“Boş vaxtlarımda idmanla məşğul oluram, facebooka girirəm”,- deyən Fidan facebook sosial şəbəkəsində dostları ilə söhbət etməyi çox sevir. Lakin Fidan onlarla hər bir sirrini bölüşmədiyini deyir. Özü isə sirr saxlamağı yaxşı bacarır. Yəqin, öz sirrlərini bu üzdən kimsəylə paylaşmır sirrli Fidan...

“Fidan” adını ona anası qoyub. “Öz adımı özümün seçmək şansım olsaydı, Nigar və Sevinc adlarından birini seçərdim”,- deyir.

Fidanın bir bacısı var, amma bir qardaşın da olmasını istərdi, çünki onunla bölüşmək istədiyi şeylərin sayı-hesabı yoxdur. “Qardaşım olsaydı, onunla maraqlı söhbətlər edərdim, oyun oynayardım. Bacımla isə sözümüz çox vaxt üst-üstə düşmür, dalaşırıq”.

Dalaşmaqdan söz düşmüşkən, balacamız məktəbdə hərdən sinif yoldaşları ilə sözlərinin çəp gəldiyini deyir. Amma hər problemi özü həll edir, heç vaxt anasına bu baş verənləri danışmır. Buna baxmayaraq, Fidan orta məktəbdə yaxşı qiymətlərlə oxuyur. Azərbaycan dili və riyaziyyat isə ən sevimli fənləridir.

Mirvari Nəcəf
Foto: Elnur Muxtar

Qalereya




Teqlər:  





Xəbər lenti