Rusiyanın ordu generalı İrəvandadır

Rusiyanın ordu generalı İrəvandadır
  15 Aprel 2016    Oxunub:2928
Rusiya silahlı qüvvələrinin baş qərargah rəisi, ordu generalı Valeri Gerasimov Ermənistanın paytaxtı İrəvana gedib.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Gerasimov bu gün İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Müdafiə Nazirləri Şurası yanında Hərbi komitənin iclasında iştirak edəcək.

Məlumata görə, iclasda regional təhlükəsizlik məsələləri müzakirə ediləcək. İclasda həmçinin Belarus, Qazaxıstan, Tacikistan və Qırğızıstanın baş qərargah rəisləri iştirak edəcəklər.

Edar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti