ASAN xidmət İsmayıllıda - FOTOLAR

ASAN xidmət İsmayıllıda - FOTOLAR
  19 İyul 2013    Oxunub:1784
İsmayıllı rayonunun sakinləri ASAN xidmətdən yararlanırlar.
Bu barədə AzVision.az-a ASAN Xidmət Mərkəzindən məlumat veriblər. Dünəndən İsmayıllı rayon sakinlərinə xidmət edən ASAN xidmətdən 29 iyula qədər 80000 nəfərin yararlanacağı bildirilir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi qısa bir zamanda "ASAN xidmət" şəbəkəsinin ölkəmizin bütün ərazisini əhatə etməsi məqsədilə dövlət xidmətlərinin yeni formada təqdim edilməsini təşkil etməkdədir.

Səyyar şəkildə göstərilən xidmətlərAzərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlərNazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunacaq.

Bu xidmətlərə aşağıdakılar daxildir:

Notariat fəaliyyəti

Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi

Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi

Sürücülük vəsiqələrinin dəyişdirilməsi

Torpaq kadastrı məlumatları barədə arayışların verilməsi

Əmək pensiyalarının təyin edilməsi

Yaşayış evləri (mənzilləri) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarılışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi

Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi

“Səyyar xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti