Putin 3 saat 39 dəqiqəyə 80 suala cavab verdi - VİDEO

Putin 3 saat 39 dəqiqəyə 80 suala cavab verdi - VİDEO
  14 Aprel 2016    Oxunub:9033
Rusiya prezidenti Vladimir Putin ənənəvi olaraq televiziyada canlı yayımla sualları cavablandırıb.

AzVision.az-ın məlumatına görə, canlı yayım aprelin 14-də yerli vaxtla saat 12:00-da (Bakı vaxtı ilə 13:00-da) başlayıb. 3 saat 39 dəqiqə davam edən canılı yayımda Rusiya lideri 80 sualı cavablandırıb.

Putin ənənəvi tədbirdə ölkənin ictimai-siyasi və ictimai-iqtisadi həyatına aid olan, həmçinin beynəlxalq vəziyyətlə bağlı sualları cavablandırıb.

Mətbuat konfransı "Rossiya1", "Rossiya24", telekanalları, "Mayak" radiostansiyası, "FM Xəbərləri" və "Rusiya Radiosu" ilə canlı yayımlanıb.

***

`Türkiyə bizim dostumuzdur` – Putin cavab verir

Rusiya prezidenti Vladimir Putin canlı yayımda ABŞ-da keçiriləcək prezident seçkilərində prezidentliyə namizədlər barədə danışıb.


AzVision.az xəbər verir ki, Putinə “Rusiya üçün Tramp, yoxsa Klinton yaxşıdır?” sualı verilib.

“Daha yaxşı olanı tapmaq lazımdır”, - deyə Putin qeyd edib.

Rusiya lideri vurğulayıb ki, ABŞ güc mövqeyi və imperiya ambisiyalarından çıxış etməli deyil, Rusiya da daxil olmaqla tərəfdaşlara hörmət etməlidir.


***
Putin “Ərdoğanla dostluğunuz pozulubmu?” sualını da özünəxas şəkildə cavablandırıb:

“Türkiyə bizim dostumuz, türk xalqı bizə dost xalqdır. Təbii ki, biz xalqla mehriban qonşuluq münasibətləri quracağıq.

Lakin bir sıra siyasi xadimlərlə problemimiz var. Biz onların fəaliyyətini qeyri-adekvat hesab edirik. Və buna uyğun olaraq da cavab verərik”.

***

“Hazırki Türkiyə hökuməti radikallarla mübarizə aparmaq əvəzinə onlarla əməkdaşlıq edir”.

AzVision.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin canlı yayımda sualları cavablandırarkən deyib.

“Türkiyənin kifayət qədər daxili problemi var. Ölkənin cənubunda faktiki müharibə gedir. Dünya birliyi orada baş verənləri görmək istəmir. Lakin bu faktdır. Orada artilleriya, tankların tətbiqi ilə əməliyyatlar aparılır.

Türkiyədə demək olar ki, hər həftə terror aktları törədilir. Türkiyə rəhbərliyi gəlirlər çox olduğu üçün turistlərin təhlükəsizliyini təmin etməyə çalışacaq. Şübhəsiz ki, onlar bunu etməyə cəhd edəcəklər. Onlar bunu edə biləcəkmi? Bu? böyük sualdır. Misirdə odluğu kimi, bizim vətəndaşlarımıza Türkiyədə istirahətin təhlükəli olduğunu deməyə bilmərik”

***

`Suriyada qalan hərbçilərimiz mühüm tapşırıqları həyata keçirməyə hazırdır`.

AzVision.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin canlı yayımda sualları cavablandırarkən bildirib.

Putinin sözlərinə görə, Rusiya hərbçilərinin böyük əksəriyyəti Suriyadan çıxarıldıqdan sonra Suriya ordusu Palmira və bir sıra digər yaşayış məntəqələrini azad edib.

Bu arada Putin Suriyada vəziyyətin sabitləşməsi üçün yeni konstitusiyaya və növbədənkənar seçkilərin keçirilməsinə ehtiyac olduğunu bildirib.


***
13:22

Rusiya prezidenti Vladimir Putin canlı yayımda “şəxsən siz nəyə qənaət edirsiniz?” sualına “Vaxtıma”- deyə cavab verib.

Bundan əlavə, Putin qeyd edib ki, Rusiya iqtisadiyyatı hazırda boz zolaqdadır, lakin trend müsbətdir.

“Bu il Rusiya iqtisadiyyatında 0,3%-lik azalma müşahidə olunur, gələn il isə iqtisadiyyatda 1,4%-lik artım olacağı gözlənilir”, - deyə Putin vurğulayıb.


***
13:21
Rusiya Federasiyasının prezidenti Vladimir Putin ənənəvi olaraq televiziyada canlı yayımla sualları cavablandırır.

AzVision.az-ın məlumatına görə, canlı yayım aprelin 14-də yerli vaxtla saat 12:00-da (Bakı vaxtı ilə 13:00-da) başlayıb.



Mətbuat konfransı "Rossiya1", "Rossiya24", telekanalları, "Mayak" radiostansiyası, "FM Xəbərləri" və "Rusiya Radiosu" ilə canlı yayımlanır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti