Qumarda qızını uduzan ata.... - Günün səs-küylü xəbərləri

Qumarda qızını uduzan ata.... - Günün səs-küylü xəbərləri
  14 Aprel 2016    Oxunub:11707
Ötən gün Azərbaycanda və dünyada bir çox hadisələr baş verib. Hansı xəbərlər oxucular arasında geniş müzakirələrə səbəb oldu? Aprelin 13-də nələr baş verdi?

AzVision.az ötən günün ən maraqlı xəbərlərinin xronikasını oxuculara təqdim edir:


`Bir nömrəli vəzifə neftdən asılılığı azaltmaqdır` - İlham Əliyev

"Amerika Ticarət Palatasının nümayəndələri ilə görüşməkdən çox məmnunam. Bilirəm ki, Palataya daxil olan şirkətlər və üzvlər uzun illərdir Azərbaycanda işləyirlər, ölkəmizin müsbət istiqamətdə iqtisadi inkişafına böyük töhfə verirlər. Əvvəlcə, mən bu cür mühüm töhfələrinə və uzunmüddətli tərəfdaşlığına görə şirkətlərə minnətdarlığımı bildirmək istəyirəm". Bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də Azərbaycandakı Amerika Ticarət Palatasının nümayəndə heyətini qəbul edən zaman giriş nitqində deyib.

***

`ABŞ Azərbaycanın güclü olmasını istəyir`- Robert Sekuta

“Amerika tərəfindən biz Azərbaycanın güclü, çiçəklənən və sabit ölkə olmasına kömək etmək istəyirik. Hesab edirəm ki, bu, bizim, sizin və bütün Azərbaycanın istəyidir". Bunu prezident İlham Əliyevin aprelin 12-də Azərbaycandakı Amerika Ticarət Palatasının nümayəndə heyəti ilə görüşü zamanı ABŞ-ın Bakıdakı səfiri Robert Sekuta deyib.

***

`Bu bəlaya qarşı uğurlu mübarizə aparacağıq` - Prezident

"Korrupsiya üzləşdiyimiz ciddi problemlərdən biridir. İslahatlar korrupsiyanın nəzərəçarpan dərəcədə azaldılmasına yönəldilib". Bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də Azərbaycandakı Amerika Ticarət Palatasının nümayəndə heyətini qəbul edən zaman deyib.

***

ATƏT sədrindən Qarabağla bağlı mühüm açıqlama

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ciddi danışıqların aparılması vacibdir”. Bu fikirləri Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Berlində keçirilən ATƏT “üçlüyü”nün görüşü öncəsi deyib.

***

`Avropa İttifaqı status-kvo ilə razılaşa bilməz` - Mogerini

“Dağlıq Qarabağ münaqişəsi həm münaqişə tərəflərinin, həm də bütün regionun inkişafına maneə yaradır. Cənubi Qafqaz Avropanın böhranlı regionudur”. Bunu Avropa Parlamentinin plenar sessiyasında Avropa İttifaqının xarici işlər və siyasi təhlükəsizlik üzrə ali nümayəndəsi Aİ-nin Federika Mogerini deyib.

***

Rus siyasətçi ermənilər haqda: `Bu, ləyaqətsizlik və satqınlıqdır`

Moskvada Avrasiya İqtisadi Birliyi (AAİB) hökumət başçılarının iclası keçirilib.

***

10 erməni hərbçi Qarabağda itkin düşüb - ADLAR

Helsinki Vətəndaş Assambleyasının (HVA) Vanadzor ofisi aprelin 2-də Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı itkin düşən hərbçilər barədə məlumatları toplayır.

***

Azərbaycandan ermənilərə əsir düşən olmayıb - Rəsmi

Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) cəbhə xəttindəki son hadisələr zamanı Azərbaycan vətəndaşlarının əsir düşməsi ilə bağlı heç bir rəsmi məlumat verilməyib. Bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin rəsmisi İlahə Hüseynova bildirib

***

`Ermənilər dağıdıcı silahlardan istifadə edib` - Baş cərrah

“Biz gecə-gündüz hərbçilərimizin sağlamlığının keşiyindəyik. Səyyar hospitala daxil olan yaralıların yaralanma dərəcəsini təhlil edərkən belə qənaətə gəldim ki, düşmən hərbçilərimizə qarşı dağıdıcı silahlardan istifadə edib”. Bunu Azərbaycan Silahlı Qüvvələrin baş cərrahı, tibb xidməti polkovniki Famil Babayev “Azərbaycan ordusu” qəzetinə müsahibəsində deyib.

***

`Şəhidlərimizin qanı yerdə qalmayacaq` - Şeyx

“Azərbaycanın azadlığı uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm və onlara başsağlığı verirəm. İnanıram ki, şəhidlərimizin qanı heç vaxt yerdə qalmayacaq”. Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə QMİ-də şəhidlərimizin xatirəsinə hərs olunan tədbirdə deyib.



Ermənilərin qoyub qaçdığı döyüş vasitələri - FOTOLAR

Erməni silahlı bölmələrinin döyüş meydanında atıb qaçdığı döyüş vasitələri ələ keçirilib.

***

Qarabağda məhv edilən 88 erməni hərbçinin adı - YENİ SİYAHI

Aprelin 1-dən 2-nə keçən gecə Dağlıq Qarabağdakı döyüşlərdə erməni tərəfinin ciddi itki ilə üzləşdiyinə heç bir şübhə olmasa da, düşmən hələ də bunu boynuna almaq istəmir.

***

`Qumarda qızını uduzan atalar da var` - Ombudsman

“Ailə institunun zəifləməsinin əsas səbəbi məişət zorakılığı, erkən nikahlar, valideyn məsuliyyətsizliyi, boşanmalar və bundan qaynaqlanan aliment problemidir”. Bu fikirləri İnsan hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanova bu gün Milli Məclisdə “Ailə institutunun formalaşmasında adət-ənənələrimiz” mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı deyib.

***

`Qaregin mənimlə görüşə gəlmədi` - Şeyxülislam

“Azərbaycanın azadlığı uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm və onlara başsağlığı verirəm. İnanıram ki, şəhidlərimizin qanı heç vaxt yerdə qalmayacaq”. Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə QMİ-də şəhidlərimizin xatirəsinə hərs olunan tədbirdə deyib.



İlham Əliyev xanımı ilə Türkiyədədir

Aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitində iştirak etmək üçün Türkiyə Respublikasına işgüzar səfərə gəliblər.

***

`İranda olar, Azərbaycanda yox?` - Qalmaqallı qanun qayıdır

"Reproduktiv sağlamlıq haqqında" qanun layihəsi yaxın vaxtlarda Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

***

Azərbaycanda 13 minə yaxın ailə dağılıb

“Respublika üzrə qeydiyyat orqanlarında 2014-cü ildə 85 747 nikah, 12 290 boşanma, keçən il isə 68 985 nikah, 12 886 boşanma qeydə alınıb”.

***

`Yumurta bişirə bilməyən gəlinlər var` - Millət vəkili

“Ailənin təməli xanımdır. Xanımın ailədəki yeri və rolu məsələsini biz qabartmalıyıq. Kişi qadın münasibətləri, ailə məsələləri bəzən islamdan təhrif olunmuş formada çatdırılanda ailə institunun təməlini sarsıdır”. Bunu Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli Milli Məslisdə "Ailə institununun formalaşmasında adət-ənənələrimiz" mövzusunda keçirilən iclasda deyib.

***

Putin Qarabağda Obamanı geridə qoydu – ABŞ-dakı səfirimiz

Obama Administrasiyası son zamanlar Azərbaycana və bütün regionda Rusiya nüfuzunun qarşısının alınmasına çox maraq göstərir. Bu barədə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov “The Washington Times” nəşrinə bu həftə verdiyi müsahibəsində bildirib.

***

`Hamı ömür boyu vəzifədə olmayıb ki...`- Hicran Hüseynova

“Komitə sədri kimi regionlarda vətəndaşlarla görüşlərimiz olur. Hansı regionda oluramsa, ilk növbədə həmin rayonun icra hakimiyyətindən məşğulluqla bağlı siyahı alıram. Elə rayon yoxdur ki, boş iş yeri olmasın. Hamısında boş iş yerləri var”. Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi tərəfindən təşkil olunmuş "Ailə institutunun formalaşmasında adət-ənənələrimiz" adlı tədbirdə çıxışı zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

***

Erməni polkovnik 4 əsgərlə birlikdə məhv edilib - Düşmənin etirafı

Bu gün Ermənistanın Gümrü şəhərində Cəbrayıl rayonu uğrunda gedən döyüşlər zamanı məhv edilən Ermənistan ordusunun polkovnik-leytenantı Alesan Aleksanyan dəfn edilib.

***

Eks-məmuru güllələtdirən qadın: `Mənə sataşıb...` (VİDEO)

Binəqədi rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ramil Fazil oğlu Hüseynli və sifarişçi Günel Rasim qızı Süleymanova saxlanılıb.



DTK-dan terror xəbərdarlığı ilə bağlı açıqlama

"Azərbaycan Respublikasının təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının alınması üçün digər hüquq-mühafizə orqanları ilə birgə zəruri tədbirlər görülür və əməliyyat şəraitinə nəzarət olunur".

***

`Beynəlxalq hərbi tribunalın yaradılmasında maraqlıyıq` - MN

“Azərbaycan ümumilikdə münaqişə ilə bağlı, eləcə də son hadisələrlə əlaqədar beynəlxalq hərbi tribunalın yaradılmasında erməni tərəfindən daha çox maraqlıdır”.

***


İrəvanda Rusiyaya qarşı etiraz aksiyası - VİDEO


Ermənistanın paytaxtı İrəvanda Rusiyaya qarşı etiraz aksiyası keçirilir.

***

Ordumuza möhtəşəm dəstək: `Əsgərinik, Vətən` (VİDEO)

Beynəlxalq Muğam Mərkəzinin kollektivi Ali Baş Komandan, Prezident İlham Əliyevin siyasətini və Ordumuzun ərazi bütövlüyü uğrunda apardığı uğurlu əməliyyatları dəstəkləyir.

***

Bakıda doğulan erməni Qarabağda məhv edilib
Dağlıq Qarabağdakı döyüşlərdə məhv edilən ermənilərdən biri əslən Bakıdandır.



Əliyev Ərdoğanla Qarabağı müzakirə etdi - FOTOLAR

Aprelin 13-də İstanbulda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü olub.

***

Ərdoğandan İlham Əliyevə jest

Prezidentlər yaxtada təşkil olunan şam yeməyinə birlikdə gəliblər.

***

`Ordumuz azad etdiyi mövqeləri tərk etməyib` - Rəsmi

“RİA Novosti-nin Xocavəndin (Martuni) azad edilməsi barədə yaydığı xəbər həqiqəti əks etdirmir. Azərbaycanın hərbi qüvvələri Ermənistanın ilhaq etdiyi və bu gün də işğal altında saxladığı həmin şəhərə girməyib”

***

`Tərəflərə bütün yollarla kömək etməyə hazırıq` - Uorlik

"Regiona səfərimiz zamanı bəyan etdiyimiz kimi həmsədrlər və həmsədr ölkələr Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vahid mövqe nümayiş etdiriblər". Bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Dağlıq Qarabağda son gərginliyin aradan qaldırılması prosesində Rusiyanın ABŞ-la müqayisədə daha fəal olması məsələsinə münasibət bildirərkən deyib.

***

Prezident və xanımı liderlərlə ziyafətdə - FOTOLAR

Aprelin 13-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın adından İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitində iştirak etmək üçün İstanbula gələn dövlət və hökumət başçılarının şərəfinə nahar verilib.

Hazırladı: Elvin Abdulqədirov
AzVision.az


Teqlər:





Xəbər lenti