Əli Kərimliyə qarşı etirazlar səngimir

Əli Kərimliyə qarşı etirazlar səngimir
  12 Aprel 2016    Oxunub:3037
Bu gün bir qrup gənc növbəti dəfə AXCP sədri Əli Kərimlinin evi qarşısında etiraz aksiyası keçirib.
AzVision.az-ın məlumatına görə, aksiya iştirakçıları Əli Kərimlinin səsləndirdiyi antiazərbaycan fikirlərinə etiraz olaraq müxtəlif şüarlar səsləndiriblər.

Aksiyada “Müxalifətdən nə vaxt gedəcəksən klaviatura qəhrəmanı”, “Erməniyə satılan”, “Əsgərlik formanla öyünürsən, bəs nə üçün fərarilik edirsən?”, “Erməni saytları niyə sənə istinad edir?”, “Məqsədin ölkədə çaxnaşma yaratmaqdır”, “Xainin vətəni olmur”, “Vətəndaşlıqdan çıx”, “Satqınlara Azərbaycanda yer yoxdur” kimi şüarlar səsləndirilib.

Aksiya insidentsiz başa çatıb.

Xatırladaq ki, Ə. Kərimlinin evi qarşısında etiraz aksiyaları bir neçə gündür, davam edir.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti