Azərbaycanda dələduz qadın tutulub

Azərbaycanda dələduz qadın tutulub
  12 Aprel 2016    Oxunub:2210
“Topstap LTD” MMC-nin təsisçisi Mətanət Həsənova ötən ilin noyabrından bu ilin mart ayınadək olan müddətdə ayrı-ayrı vətəndaşları adıçəkilən cəmiyyətin nəzdindəki tədris mərkəzinə işə düzəltmək adı ilə aldadaraq onların xeyli miqdarda pullarını dələduzluq yolu ilə ələ keçirib.
Bu barədə AzVision.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Faktla bağlı DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) müvafiq maddələri ilə cinayət işi başlanıb və M.Həsənova şübhəli şəxs qismində tutulub.

Hazırda faktla bağlı istintaq davam etdirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti