Moskvada bomba həyəcanı: Vağzal boşaldıldı

Moskvada bomba həyəcanı: Vağzal boşaldıldı
  11 Aprel 2016    Oxunub:2831
Moskva şəhərinin Kursk dəmiryolu vağzalında bomba xəbərdarlığı ilə əlaqədar vətəndaşlar təxliyə olunub.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, 600-ə yaxın sərnişin vağzala bomba qoyulması ilə bağlı anonim zəngdən sonra ərazidən təxliyə olunub.

Hüquq-mühafizə orqanları tərəfindən vağzal tamamilə boşaldılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Moskva-Bakı qatarı Kursk vağzalından yola düşür.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti