`Əli Kərimli fərari olub, əlimizdə faktlar var` - Siyavuş Novruzov

  11 Aprel 2016    Oxunub : 5622
`Əli Kərimli fərari olub, əlimizdə faktlar var` - Siyavuş Novruzov
Əli Kərimli Azərbaycan ordusunda xidmət etməyib”

Bu barədə AzVision.az-a Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.

YAP rəsmisi qeyd edib ki, Ə.Kərimli fərari olub. S.Novruzov, həmçinin bildirib ki, Birinci Qarabağ müharibəsi dövründə Əli Kərimli xidmətə yararlı olsa da, döyüşlərdə iştirak etməyib:

“Onun yaşı hərbi xidmətin yerinə yetirilməsi üçün kifayət etsə də, Əli Kərimli bundan yayınıb. Əlimizdə bunu sübut edəcək kifayət qədər faktlar var. Əgər Əli Kərimli hərbi xidmətdə olubsa, niyə keçmiş daxili işlər naziri İsgəndər Həmidov onu fərari adlandırıb? Bu adam fərari olub. İndi isə bunu danır. Müxtəlif yollarla özünü hərbi xidmətdə olduğunu isbat etməyə çalışır”.

Elvin Abdulqədirov
AzVision.az

Teqlər: