Arda Turandan Qarabağa dəstək

Arda Turandan Qarabağa dəstək
  08 Aprel 2016    Oxunub:12905
İspaniyanın “Barselona” futbol klubunun və Türkiyə millisinin üzvü Arda Turan Dağlıq Qarabağ həqiqətlərinin dünyaya tanıdılması ilə bağlı Ağ evin saytında yerləşdirilən petisiyaya qoşularaq səs verib.
AzVision.az xəbər verir ki, bu barədə Arda Turan sosial şəbəkədəki səhifəsində bu barədə məlumat paylaşıb.

“Qardaşımız Azərbaycanın Dağlıq Qarabağ üçün başlatdığı kampaniyanı mən də imzaladım!”.

Qeyd edək ki, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) aprelin 6-da “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” adlı petisiya layihəsinin icrasına start verib.



Hafiz Əhmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti