Rüstəm İbrahimbəyov müxalifətdən imtina etdi

Rüstəm İbrahimbəyov müxalifətdən imtina etdi
  31 Yanvar 2013    Oxunub:796
“Azərbaycan mətbuatı yazır ki, mənim guya müxalifət hərəkatı ilə əlaqəm var. Mənim müxalifətlə əlaqəm barədə deyilənlər tamamilə yalandır”.
Bunu Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov sədrlik etdiyi ittifaqa qarşı açılan cinayət işi ilə bağlı “Azerros” saytının suallarını cavablandırarkən deyib.
“Azərbaycan mətbuatı yazır ki, mənim guya müxalifət hərəkatı ilə əlaqəm var. Biz də Azərbaycan mədəniyyəti və elminin ən parlaq nümayəndələrinin daxil olduğu Ziyalılar Forumu keçirilir. Forum Azərbaycanda gedən proseslərə öz baxışını ictimai şəkildə ifadə edir. Lakin hakimiyyət bizim fəaliyyətimizi qeyri-adekvat qiymətləndirdi və bizə, xüsusən də mənə qarşı böhtan kampaniyasına başladı. Hakimiyyət dərhal bizi düşmən kimi qələmə verdi. Bütün bunlarla yanaşı, biz dialoq və Azərbaycanda situsiyanı dəyişdirmək imkanı axtardıq. Mənim müxalifətlə əlaqəm barədə deyilənlər isə tamamilə yalandır” – deyə bildirib.

(Bizim Yol )



Teqlər:  





Xəbər lenti