700 bal toplayan evin tək oğlu şəhid oldu - FOTOLAR

700 bal toplayan evin tək oğlu şəhid oldu - FOTOLAR
  05 Aprel 2016    Oxunub:103740
Erməni silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində Zəngilan rayon sakini Naftalan rayonundan hərbi xidmətə çağırılan Orucov Müşfiq Arif oğlu şəhid olub.
Bu barədə AzVision.az-a Zəngilan rayon icra nümayəndəsi Rəhimov Murad Fərəc oğlu məlumat verib.

Onun sözlərinə görə, Müşfiq Orucovun hərbi xidmətini başa vurmağa cəmi iki ayı qalıbmış. Ermənilərlə döyüşdə qəhrəmancasına həlak olub.

Həmçinin o yüksək balla universitetə daxil olub: “Hazırda şəhidin dəfn mərasimi keçirilir. O, bizim fəxrimizdir. Müşfiq 700 bal toplayaraq universitetə daxil olmuşdu. O, texniki sahədə təhsil alıb və daha sonra hərbi xidmətə yollanmışdı. Evin tək oğlu idi”.

Təhsil Nazirliyinin əməkdaşları da şəhidin dəfn mərasimində iştirak edirlər.

Hafiz Əhmədov
AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti