Ermənilər daha iki mülki şəxsi yaraladı

Ermənilər daha iki mülki şəxsi yaraladı
  04 Aprel 2016    Oxunub:3221
Erməni silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində Tərtərin Sarıcalı-Düyərli kəndində iki mülki şəxs yaralanıb.
Bu barədə AzVision.az-a kəndin bələdiyyə sədiri İldırım Bayramov məlumat verib. Onun sözlərinə görə, ermənilər gün ərzində bir neçə dəfə yaşayış evlərini atəşə tutub.

“Erməni silahlı qüvvələrinin atdığı mərmi kənddə yerləşən evlərdən birinin həyətinə düşüb. Hadisə nəticəsində Əliyeva Mehparə Nəbi qızı və Ağayeva Kəmalə Əjdər qızı yaralanıb. Qadınların 28-29 yaşları var. Qəlpələr onların ayaq, qol, üz nahiyələrinə dəyib. Tərtər rayon İcra Hakimiyyətinin başçısı hadisənin baş verdiyi əraziyə baş çəkib. Zərbə nəticəsində evin damı dağılıb”.

Hafiz Əhmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti