Papanın 25 minlik maşını 300 min dolla satılıb

Papanın 25 minlik maşını 300 min dolla satılıb
  03 Aprel 2016    Oxunub:2718
Roma Papası Fransiskin ABŞ-a səfəri zamanı istifadə etdiyi "Fiat 500 Longe" avtomobili hərraca çıxarılıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, maşın 300 min dollara satılıb.

Avtomobilin yeni sahibi milyonçu Maylz Nadal adlı şəxsdir.

Qeyd edək ki, avtomobilin nominal qiyməti 25 min dollar təşkil edir. Satışdan əldə olunan gəlir xeyriyyəçiliyə, həmçinin Nyu-Yorkun katolik məktəblərinin ehtiyaclarına xərclənəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti