Türkiyədə daha bir terror - ölən və yaralı var (Fotolar)

Türkiyədə daha bir terror - ölən və yaralı var (Fotolar)
  02 Aprel 2016    Oxunub:5357
Türkiyədə PKK terrorçuları Hərbi Səfərbərlik İdarəsinə (Əsgərlik şöbəsi) hücum ediblər.
AzVision.az-ın məlumatına görə, hadisə Mardin vilayətinin Kızıltepe rayonunda baş verib.

Terrorçular partlayıcı maddə ilə yüklənmiş avtomobili idarənin qarşısında partladıblar.

Partlayış nəticəsində yaxınlıqda olan tikintidə keşikçi işləyən bir nəfər ölüb, 2 nəfər hərbçi, 3 nəfəri azyaşlı olmaqla 11 nəfər yaralanıb. Partlayışdan sonra yaxınlıqda olan evlərə və avtomobillərə də ciddi ziyan dəyib.

İlkin Nəcəfzadə
AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti