`Sovetski`də 3 əsrlik tarixi bina sökülür - FOTOLAR

`Sovetski`də 3 əsrlik tarixi bina sökülür - FOTOLAR
  28 Mart 2016    Oxunub:30692
Bir vaxtlar Bakının ən gözəl yerlərdindən olan “Sovetski” hazırda qara günlərini yaşayır. Bakının Baş planına uyğun olaraq “Sovetski”nin bir hissəsi sökülüb. Sökülməyən evlərin çoxu isə qəzalı vəziyyətdədir.

“Sovetski” sakini Faiq Əliyevi narahat edən məsələ yaşadığı tarixi binanın sökülməsidir. Onun sözlərinə görə, dəfələrlə iş icraçıları onlara binanın söküləcəyi haqda xəbərdarlıq ediblər. İnadından dönməyən F.Əliyev Bakının qədim tarixini özündə canlandıran binanın sökülməməsi üçün bütün dövlət qurumlarına müraciət edib.

“Yaşadığım bina tarixi tikili kimi Mədəniyyət və Turizm Nazirliyinin balansındadır. Biz dəfələrlə aidiyyatı qurumlara müraciət etmişik. Bildirmişik ki, tariximizi canımızla, qanımızla qoruyub saxlamışıqsa, niyə Bakının 3 əsrlik tarixini özündə əks etdirən bina sökülməlidir”.



Müsahibimizin sözlərinə görə, etdiyi müraciətlərdən sonra maliyyə naziri və mədəniyyət və turizm naziri əraziyə baş çəkərək, sakinlərlə görüşüblər.

“Fevralın 27-də prezidentə yazdığım məktubdan sonra maliyyə naziri Samir Şərifov və mədəniyyət və turizm naziri Əbülfəs Qarayev binaya baxış keçirdilər. Əbülfəs Qarayev şəxsən mənə söz verdi ki, bina sökülməyəcək.

Qeyd edim ki, bina şərq üslubu ilə tikilən yeganə tarixi abidədir.

Sənədlərdə göstərilir ki, bina 1895 -1909-cu illlərdə inşa edilib. Eşitdiyimə görə, həmin bina iki müsavatçı qardaşa məxsus olub. 1920-ci ildə Qızıl ordu Bakıya daxil olanda qardaşlar binanı tərk ediblər”.



F. Əliyevin dediyinə görə, nazirlərlə görüşdən bir neçə gün sonra “Sovetski”də söküntü işlərini aparan şirkət rəsmiləri onlara binanın söküləcəyi haqda növbəti dəfə xəbərdarlıq edib.



“Nazirlər bizə söz verdilər ki, yaşadığınız bina sökülməyəcək. Üstündən bir neçə gün sonra iş icraçıları xəbərdarlıq etdilər ki, hazırlaşın, binanı sökəyəcəyik. Çaş-baş qalmışıq, nazirin dediyi sözü heçə sayırlar”.

Şahanə Rəhimli
Foto: Elvin Abdulla

Qalereya




Teqlər:  





Xəbər lenti