Brüsseldə terror həyəcanı: Vağzal boşaldıldı

Brüsseldə terror həyəcanı: Vağzal boşaldıldı
  26 Mart 2016    Oxunub:1533
Brüsselin Şimal vağzalında terror xəbərdarlığı edilib.
KİV-lərin yaydığı xəbərə görə, vağzalda şübhəli əşya tapılıb. Ərazidə olan sərnişinlər dərhal oradan uzaqlaşdırılıb. Bundan başqa qatarların vağzala gediş-gəlişi də müvəqqəti olaraq dayandırılıb.

Qeyd edək ki, martın 22-də Brüsseldə baş verən terakt nəticəsində 34 nəfər həlak olub, 250 nəfər isə yaralanmışdı.

AzVision.az


Teqlər:





Xəbər lenti