İvanişvili `Liverpul`un sahibi oldu

  25 Mart 2016    Oxunub : 2402
İvanişvili `Liverpul`un sahibi oldu
Gürcüstanın keçmiş baş naziri Bidzina İvanişvili İngiltərənin “Liverpul” futbol klubunun sahiblərindən biri olub.
Gürcüstan mətbuatı xəbər verir ki, Bidzina İvanişvili klubun səhmlərinin 7 faizini əldə edib. Gürcü oliqarxın bunun üçün nə qədər pul ödədiyi hələlik məlum deyil. Bu faktın özü hələ rəsmən təsdiqlənməyib.

Xatırladaq ki, "Forbes"in məlumatına görə, hazırda İvanişvilinin 4,8 milyard dollarlıq sərvəti var və o, Gürcüstanın ən varlı adamıdır.

AzVision.az

Teqlər: