Əlvida, həbsxana! - FOTOLAR

Əlvida, həbsxana! - FOTOLAR
  19 Mart 2016    Oxunub:8196
Prezident İlham Əliyev tərəfindən ötən gün imzalanan əfv sərəncamının icrası başa çatıb.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, əfv sərəncamı Penitensiar Xidmətin tabeliyindəki müəssisələrdə azadlıqdan məhrumetmə növündə cəza çəkən 137 nəfərə, eləcə də azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növləri üzrə məhkum edilmiş daha 11 nəfərə şamil edilib.



Sərəncamın icrası Ədliyyə Nazirliyi aparatının məsul işçilərinin, Penitensiar Xidmət üzrə Baş idarənin rəhbər əməkdaşlarının, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası, İctimai Komitə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi üzvlərinin, Ombudsman Aparatı, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri nümayəndələrinin, habelə məhkum yaxınlarının iştirakı ilə təntənəli şəkildə həyata keçirilib.



Cəza çəkməkdən azad edilən şəxslər, habelə onları qarşılamağa gələn yaxın qohumları ölkə Prezidenti cənab İlham Əliyevin humanist addımını böyük ruh yüksəkliyi ilə qarşılayaraq dərin minnətdarlıqlarını ifadə ediblər.

Foto: Elvin Abdulla

Qalereya




Teqlər:  





Xəbər lenti