Müxalifətin debat təklifi fiaskoya uğradı

Müxalifətin debat təklifi fiaskoya uğradı
  17 Mart 2016    Oxunub:2954
“Müxalifətin antiböhran koalisiyasının debat təklifi gündəmdən çıxarılıb”.
Bu barədə AzVision.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib.

Partiya sədri deyib ki, debat üçün etdikləri təklif qarşı tərəflərdə müsbət qarşılanmayıb: “Müsavat Partiyası da debat təklifini qəbul etməyib. AXCP sədri Əli Kərimli isə AXP sədri Pənah Hüseynə telefonla danışığında bildirib ki, yalnız Yeni Azərbaycan Partiyası (YAP) ilə diskusiyanın tərəfdarıdır. Yəni, AXCP müxalifətlə hər hansı bir diskusiyanı vacib hesab etmir. YAP isə hələlik təklifimizə rəsmi cavab verməyib. Bu faktlar göstərir ki, Azərbaycanda siyasi partiyalar diskusiya mədəniyyətini tam mənimsəməyib.

Azərbaycandakı müxalifət partiyalarının öz aralarında, eləcə də iqtidarla müxalifət arasında ilkin baxışda problem kimi görünən məsələlər dialoqlar keçirilmədiyindən mövcuddur. Bu isə Azərbaycanda süni problemlemləri meydana gətirir. Biz bunu nəzərə alaraq debat təklifi ilə çıxış etmişdik”, -deyə S.Cəlaloğlu vurğulayıb.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti