Türkiyədən Ermənistana sərt CAVAB

Türkiyədən Ermənistana sərt CAVAB
  13 İyul 2013    Oxunub:1078
"Heç kimin həddi deyil ki, Türkiyədən torpaq tələb etsin”
Ermənistanın Baş Prokurorluğunun Türkiyədən torpaq tələb etməsinə rəsmi Ankara sərt cavab verdi. Türkiyənin Xarici işlər nazirliyinin mətbuat katibi məsələ ilə danışıb.

“Ermənistanın baş prokurorunun bu istiqamətdə bəyanatını təəssüflə qarşılayırıq. Baş Prokurorluqkimi önəmli bir vəzifə sahibinin bu cür bəyanatı BMT və ATƏT başda olmaqla, beynəlxalq təşkilatlar qarşısında Ermənistanın götürdüyü öhdəliklərlə ziddir. Bu çox yaxşı başa düşülməlidir ki, heç kimin həddi deyil ki,Türkiyədən torpaq tələb etsin”

Qeyd edək ki, qondarma erməni soyqırımının 100-cü il dönümü münasibətilə keçirilən forumda çıxış edən Baş prokuror Azərbaycandan və eləcə də Türkiyədən yeni torpaq iddialarını gizlətməyib: “Ermənistanın həm Türkiyə həm də Azərbaycanla (Naxçıvan bölgəsi) ərazi problemi var. Bunun hüquqi çərçivədə həll olunması üçün Ermənistan tərəfi şikayət ərizəsi yazıb BMT-ə və Beynəlxalq Məhkəməyə təqdim olunmalıdır.

Sevinc İltifatqızı



Teqlər:  





Xəbər lenti