42 narkomanda SPİD aşkarlanıb

42 narkomanda SPİD aşkarlanıb
  14 Mart 2016    Oxunub:1975
“2015-ci il ərzində 2017 nəfər narkotik istifadəçisi qeydə alınmaqla xəstələrin ümumi sayı 28555 nəfərə çatıb”.
AzVision.az - ın məlumatına görə, bu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövryyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının hazırladığı “Azərbaycan Respublikasında narkotiklərə nəzarət sahəsində 2015-ci il üçün Ölkə Məruzəsi”ndə əksini tapıb.

Onlardan 23153-ü dispanser, 5402-i profilaktik, 583-ü anonim qeydiyyatda olanlardır. İstifadəçilər arasında 18 yaşa qədər 7 nəfər, 592-i qadın, 1432-i dispanser, 585-i profilaktik, 158 nəfəri isə toksikomanlar olub. 2015-ci ildə qeydiyyatdan çıxanların ümumi sayı 2118 (1331-i dispanser, 787- i profilaktik) nəfərdir.

Bundan başqa inyeksion narkotik istifadəçilərinin sayı 20036 nəfər təşkil edir ki, onlardan 437 nəfəri qadındır.

Eyni zamanda 2015-ci il ərzində narkomaniyaya düçar olmuş insanların qanının İİV-ə müayinəsi nəticəsində, onlardan 42 İİV-infeksiyasına yoluxma faktı təsdiq olunub.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti