Zərdabda özünü güllələyən oğlan dindar imiş - Təfərrüat

Zərdabda özünü güllələyən oğlan dindar imiş - Təfərrüat
  14 Mart 2016    Oxunub:3235
Xəbər verdiyimiz kimi, iki gün öncə Zərdab rayonunda intihara cəhd hadisəsi baş verib. Rayonun Şahhüseynlik kənd sakini 23 yaşlı Rahim Əhmədli ov tüfəngindən ağız nahiyəsinə atəş açaraq özünə qəsd edib.
Ağır xəsarət alan gəncin həyatını xilas etmək mümkün olub. O, hazırda xəstəxanada müalicə alır.

Qohumlarının AzVision.az-a verdiyi məlumata görə, R.Əhmədli borclu olduğundan intihar etmək istəyib:

“Rahimin atası uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkir. O, bir neçə gün öncə Türkiyədə əməliyyat olunub. Əməliyyat yaxşı keçməyib. Hazırda atasının vəziyyəti kritikdir. Bibisi Rahimə zəng edərək atasının sayılı günlərinin qaldığını deyib. Rahim atasının əməliyyatı üçün borc alıb.

O, hadisədən bir neçə saat əvvəl yaxınlarına “bezmişəm hər şeydən, özümü öldürəcəyəm” desə də, heç kim bunu ciddi qəbul etməyib.

Hadisə baş verən zaman Rahimin iki bacısı evdə olub. O, tüfəngi götürərək divana uzanıb. Uzandığı yerdə ağzından atəş açıb. Bacısı vaxtında təcili tibbi yardım çağırmasaydı, Rahim indi həyatda olmazdı. Şükürlər olsun, hazırda vəziyyəti yaxşıdır”.

Yaxınları R.Əhmədlinin dindar olduğunu bildirib: “Rahim dindardır. Heç kim onun intihar edəcəyini gözləməzdi. Çox mehriban, nurani oğlandır. Ziyalı ailəsində böyüyüb, atası müəllimdir. Rahim evin tək oğludur”.

Qeyd edək ki, faktla bağlı Zərdab rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə atdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Hafiz Əhmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti