Prezidentin yeni kürəkəni, lüt terrorçu və ...

Prezidentin yeni kürəkəni, lüt terrorçu və ...
  09 Mart 2016    Oxunub:5261
Ötən gün Azərbaycanda və dünyada bir çox hadisələr baş verib. Hansı xəbərlər oxucular arasında geniş müzakirələrə səbəb oldu? Martın 8-də nələr baş verdi?

AzVision.az ötən günün ən maraqlı xəbərlərinin xronikasını oxuculara təqdim edir:


Daha bir aviaşirkət Bakıya uçuşlara başlayır

Latviyanın “AirBaltic” aviaşirkəti yayda həyata keçiriləcək yeni istiqamətlərin siyahısını açıqlayıb.

***

Mariya Şarapovada dopinq aşkarlandı

Rusiyalı tennisçi Mariya Şarapovanın qanında istifadəsi qadağan olunmuş preparat aşkar edilib.



Tarixi gün - Türkiyə Avropa İttifaqı ilə razılaşdı

Avropa İttifaqı (Aİ) və Türkiyə Belçikada keçirilən sammitdə miqrasiya probleminin həll olunması ilə bağlı əsas prinsipləri razılaşdırıb.

***

Ermənistan Mərkəzi Bankının saytı dağıdıldı

“Anonymous”un saytını dağıdaraq bütün dünyanın təəccübünə səbəb olan türk hakerlər bu dəfə Ermənistan Mərkəzi Bankının rəsmi internet səhifəsini dağıdıb.

***

Xanımlarımız bizi ildə 280 milyon dollar xərcə salır

“Son günlər diqqəti çəkən paylaşımlardan biri də xanımların “mənə kosmetika deyil, kitab hədiyyə et” təklifi idi. Dünyada orta hesabla bir xanım həyatı boyunca kosmetika üçün 15 min dollar xərcləyir”. Bu fikirləri iqtisadçı Vüqar Bayramov bildirib.

***

Davudoğlu yenə Rusiyanı ittiham etdi

Türkiyənin baş naziri Əhməd Davudoğlu Avropada miqrant böhranın dərinləşməsini Rusiya hərbçilərinin Suriyadakı fəaliyyəti ilə əlaqələndirib.

***

Terrorçular çılpaq təslim oldular - Foto

Türkiyədə PKK-nın bir qrup silahlısı çılpaq vəziyyətdə türk əsgərlərinə təslim olub.

***

Prezidentin yeni kürəkəni kimdir? - Fotolar

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Sümeyyə Ərdoğan Səlcuk Bayrakdar adlı gənclə ailə həyatı qurmağa hazırlaşır. Artıq ailələr arasında razılıq əldə olunub.

***

Netanyahu Obama ilə görüşdən imtina etdi

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Barak Obama ilə görüşməkdən imtina edib.



Azərbaycanla Qətər arasında 8 sənəd imzalandı

Martın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin iştirakı ilə Azərbaycan-Qətər sənədlərinin imzalanması mərasimi olub.

***

Yol polisindən xanımlara sürpriz

Martın 8-də Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi paytaxt yollarında təhlükəsiz və intizamlı avtomobil idarə edən qadın sürücüləri Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.

***

Azərbaycanlı milyarderin başı dərddə - Edam qalmaqalı

İranlı gənc milyarder Babək Zəncaninin ölüm hökmünə məhkum edilməsi onun azərbaycanlı ortağı Rza Zərrabın yenidən gündəmə gəlməsinə səbəb olub.

***

İlham Əliyev “Qazprom”un sədri ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 8-də Rusiya Federasiyasının “Qazprom” Şirkətinin idarə heyətinin sədri Viktor Zubkovu qəbul edib.



`Formula -1` əfsanəsi Bakıda - Fotolar

Bakıda keçiriləcək `Formula- 1` üzrə Avropa Qran Prisinin rəsmi elçisi Fernando Alonso Bakıya gəlib.

***

İran ballistik raketi sınaqdan keçirib

İran İnqilab Keşikçiləri Qvardiyası hərbi təlim çərçivəsində ballistik raketin sınağını keçirib.

***

Uorlik Tiflisdə Qarabağı müzakirə edəcək

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Gürcüstanın paytaxtı Tiflisdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirə aparacaq.

***

İran 2003-cü ildə ABŞ-la gizli danışıqlar aparıb

ABŞ-ın yüksək səviyyəli keçmiş rəsmisinin yeni işıq üzü görmüş kitabında deyilir ki, Birləşmiş Ştatlar 2003-cü ildə Səddam Hüseyn devrildikdən sonra İranla İraqın gələcəyinə dair gizli danışıqlar aparıb.



Bakının 8 Mart günü - FOTOSESSİYA

8 mart bütün dünyada olduğu kimi Azərbaycanda da Beynəlxaq Qadınlar günü kimi qeyd edilir. AzVision.az xanımların özəl günündə paytaxt Bakıdan rəngarəng görüntüləri təqdim edir:

***

Dəhşət - Azərbaycanda 11 yaşlı qız özünü asdı

Bu gün axşam saatlarında Neftçala rayonunun 1-ci Mayak kəndində 11 yaşlı Kazımova Xədicə Rüstəm qızı yaşadıqları həyətdəki yarımçıq tikilidə özünü təsərrüfat ipi ilə asaraq intihar edib.

***

Avropa İttifaqı-Türkiyə razılaşmasında rüşvət iddiası

“Avropa İttifaqı ilə Türkiyə arasında miqrantlarla bağlı əldə olunan ilkin razılaşma rüşvət əsasında görülən işə bənzəyir”. Bu fikirləri politoloq Elxan Şahinoğlu Avropa İttifaqı ilə Türkiyə arasında əldə olunan razılaşmanı şərh edərkən bildirib.



Küçə süpürən, limon satan qadınların `bayramı` - FOTOLAR

8 Mart xanımların bayramıdır. Dinindən, dilindən, milli mənsubiyyətindən aslı olmayaraq bu gün bütün xanımların özəl günü kimi qeyd edilir. Əllərində gül buketləri, bahalı hədiyyələrlə paytaxt küçələrində gəzən qızlardan fərqli olaraq, onlar bayramı küçələrdə çörək pulu qazanaraq qeyd edirlər.

***

İrəvanda Rusiyaya qarşı etiraz aksiyası

Ermənistan paytaxtında bir qrup ictimai fəal Rusiyada həbsdə saxlanan ukraynalı pilot Nadejda Savçenkonun azadlığa buraxılması tələbi ilə Rusiya səfirliyi qarşısında martın 8-də etiraz aksiyasını keçirib.

***

26 yaşlı Ulduza görünməmiş 8 mart `hədiyyəsi`

Şəmkirdə qadına qarşı zor tətbiq edilib. Hadisə rayonun Düyərli kəndində baş verib.

Hazırladı: Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti