İran 2003-cü ildə ABŞ-la gizli danışıqlar aparıb
Kitabda deyilir ki, İranın BMT-dəki səfiri və sonradan xarici işlər naziri vəzifəsinə keçəcək Məhəmməd Cavad Zərif ABŞ rəsmiləri ilə görüşlərdə iştirak edib. Zalmay Xəlilzad kitabda yazıb ki, ABŞ hərbi qüvvələri 2003-cü ilin aprelində İraq paytaxtı Bağdad şəhərini tutduqdan sonra da danışıqlar davam etdirilib. Prezident Corc Buşun administrasiyası həmin ilin may ayında danışıqları dayandırıb.
Sabiq səfir öz kitabında yazıb: "Mən əminəm ki, biz diplomatik vasitələr və güc tətbiq etsəydik İranın davranışını istiqamətləndirə bilərdik ". (Amerikanın sesi)
Teqlər: